Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubada 14 küçəyə Milli Qəhrəman və Vətən müharibəsi şəhidlərinin adları verilib

Quba şəhərində yeni abadlaşdırılan küçələrə Vətən yolunda şəhid olan 14 qəhrəmanın adları verilib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayon mərkəzində abadlaşdırılan 32-33-cü məhəllə yaşayış massivində küçələrdən birinə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun, digərlərinə isə Vətən Müharibəsində şəhid olan qubalı hərbçilərdən Mehrab Niftəliyev, Şahin Allahyarov (Vətən Müharibəsi Qəhrəmanı), Səddər Piriyev, Samir Süleymanov, Rəvan Əliyev, Murad Həbibov, İsmət Əliyev, Surxay Mehdiyev, Bəşir Abasov, Tamerlan Əliyev, Əli İbrahimov, Musa Məhəmmədov və Çingiz Mustafayevin adları verilib. Artıq küçələrə adların yazıldığı lövhələr də vurulub.

Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev də iştirak edib. Şəhidlərin valideynləri və yaxınları ilə həmsöhbət olub, şəhid və qazilərimizin daim diqqət mərkəzində olduğunu, dövlətin bu istiqamətdə işlərinin daimi olacağını bildirib.

Adları küçələrə verilən şəhidlərin valideynləri və yaxınları onlar üçün belə əlamətdar gündə respublika və rayon rəhbərliyinin yanlarında olmalarından məmnunluqlarını bildiriblər.

Qeyd edək ki, hazırda yaşayış massivində 22 küçə mövcuddur, küçələrin ümumi uzunluğu 16 kilometrdən çoxdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar