Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Zəngəzurda nə qədər ərazini geri alıb... - Ermənistandan açıqlama

Sürətli və sarsıdıcı qələbə Azərbaycana Ermənistanla münasibətdə daha qətiyyətli diplomatik mövqe ortaya qoymaq imkanı yaradıb.

Moskvadakı üçtərəfli görüş də bundan xəbər verirdi. Görüşə qədər isə Zəngəzurda zəbt olunan torpaqların bir hissəsinin Azərbaycana qaytarılması prosesi başlamışdı. Məğlubiyyət faktı Ermənistanı yeni reallıqla üz-üzə qoyub.

Ələ keçirilən ərazilərin itirilməsi xəbərlərini Ermənistan cəmiyyəti böyük həyəcanla izləyir. Ölkə saytları həmin yerlərdən reportajlar hazırlayır, ard-arda xəbərlər verir. Zəngəzurdakı əhalinin sarsıldığı müşahidə edilir. Etiraz aksiyaları keçirilir, yolları bağlayırlar... Azərbaycan tərəfi isə təhvil-təslim prosesini bütün prinsiplərə uyğun aparır.

Arman Tatoyan Arman Tatoyan

Ermənistanın ombudsmanı Arman Tatoyan mətbuat konfransı keçirərək Azərbaycana təhvil verilən torpaqlardan danışıb. O, əhalinin prosesdən zərər çəkdiyini deyib.

“Tex icmasına daxil olan Xoznavar (Xəzinəvar – red.), Xnatsax (Xanazax - red.) kəndlərində 2 min hektara qədər ərazi itirmişik. Şurnuxda 11 ev düşmənə verilib. Vorotanda (Urud – red.) şəxsi torpaq sahəsi və icmanın mülkiyyəti sayılan ümumilikdə 236 hektar əldən gedib. İcraiyyə komitəsinin verdiyi ərazilərdə tikilən 18-20 bağçılıq evləri də itirilib”,- deyə ombudsman bildirib.

Azərbaycan nümayəndələri Şurnuxu kəndində Azərbaycan nümayəndələri Şurnuxu kəndində

Tatoyanın siyahısı bununla bitməyib. Ombudsman Əkərəkdə 60, Yeğvardda 160, Çakatendə 155 hektar ərazinin Azərbaycana təhvil verildiyini deyib. Tatoyanı narahat edən məsələ odur ki, siyahı getdikcə uzanır. O, Geqarkunikdə (Aşağı Qaranlıq - red.) də vəziyyətin yaxşı olmadığını deyib. Burada da bəzi ərazilərin təhvil verilməsindən söhbət gedir.

Qarabağda əməliyyatlar dayanandan, noyabrın 10-da üçtərəfli razılaşma imzalanandan sonra sərhədlərin yenidən müəyyənləşdirilməsinə başlanılıb. Bu halda Zəngəzurdakı bir çox ərazilər Azərbaycana təhvil verilməlidir. Çünki Ermənistan QubadlıZəngilan rayonlarının bir hissəsini Sünik vilayəti adlanan (Zəngəzur - red.) inzibati ərazinin nəzarətinə verib.

Zəngəzurdan görüntü (Gorus) Zəngəzurdan görüntü (Gorus)

Böyük ehtimalla rəsmi İrəvan həmin rayonların geri qaytarılacağı halda Azərbaycandan istənilən halda torpaq qopartmaq məqsədinə görə belə addım atıb. Amma Azərbaycan üçtərəfli razılaşmada bu amili nəzərdən qaçırmayıb. Buna görə Zəngəzurda bir çox kəndlər boşaldılır, ərazilər Azərbaycana qaytarılır. (Bizimyol.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar