Bazar, 28 Fevral 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Yeni status-kvo:Gündəmi itirmək istəməyən  Kreml Qarabağda nə etməyə çalışır?

Sergey Markedonov

“Valdai Club”, 13.01.2021

Moskvanın ErmənistanAzərbaycan, Türkiyə və İran, eləcə də ATƏT-in Minsk qrupundakı tərəfdaşları ilə münasibətlərdə tarazlığı qoruyub saxlaması son dərəcə vacibdir. “Valday” Klubunun mütəxəssisi Sergey Markedonov yazır ki, ABŞ və müttəfiqləri hazırkı kövrək konsensusa yenidən baxmağa başlayana qədər (və əgər belə olarsa) Rusiyanın Qarabağla bağlı Qərblə əlavə gərginlik yaratmasına ehtiyac yoxdur.

Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılmasına dair birgə bəyanatın həyata keçirilməsinə həsr olunmuş üçtərəfli görüşü mahiyyətli olmaqla yanaşı, həm də rəmzi bir hadisədir. Bu göstərir ki, keçən ilin sonunda baş verən Qafqaz bölgəsindəki status-kvoda köklü dəyişikliyə baxmayaraq, çoxdan bəri davam edən etno-siyasi münaqişənin həlli 2021-ci ildə birbaşa Bakı və İrəvan, eləcə də Moskva üçün təcili bir vəzifə olaraq qalır. Və bu proses asan deyil.

Mütləq olmayan nəticələr

Dağlıq Qarabağ münaqişəsinin bütün dinamikası Karl fon Klauzevitzin müharibənin nəticələrinin heç vaxt mütləq bir şeyi təmsil etməməsi formulunun doğruluğunu dönə-dönə təsdiqləyib. “Hətta müharibənin son qərarı belə həmişə mütləq sayılmır. Fəth edilmiş dövlət tez-tez bunda siyasi birləşmə yolu ilə düzəldilə bilən, keçici bir pislik görür”, – deyə məşhur hərbi nəzəriyyəçi yazıb.

1994-cü ildə İrəvan və Stepanakertdə (Xankəndidə) çoxları düşünüb ki, Azərbaycanın məğlubiyyəti, həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV), həm də ətrafı ərazilərin itirilməsi ən azından, son olmasa da, uzun müddət vəziyyəti dəyişməyəcək. Ermənilər zamanla dünyanın, Kiprdə olduğu kimi, yeni status-kvoya alışacağına əmin idilər.

Bununla belə, 2008, 2010, 2014, 2016 və xüsusilə 2020 hadisələri bu iddiaların illüziya olduğunu ortaya çıxarıb. Qarabağdakı hərbi-siyasi vəziyyət kökündən dəyişib. Keçmiş “təmas xətti” itib; yalnız keçmiş DQMV-ni əhatə edən 7 rayon deyil, daha əvvəl onun tərkibində olan bir sıra ərazilər (Şuşa, Hadrut, Martuni və Mardakert bölgələri) Bakının nəzarətinə keçib. Və bu gün Azərbaycan rəsmiləri Qarabağdakı münaqişədən keçmiş zamanda danışırlar, açıqlasmalarında demək olar ki, yalnız məhv edilmiş və baxımsız ərazilərin bərpası üçün sosial-iqtisadi planlara yönəlirlər.

Amma keçmiş Sovet İttifaqında ən dramatik münaqişələrdən birinin “tarixi sonu” ilə bağlı nəticə ən azından erkən görünür.

Yenidən status-kvo?

Ermənistan-Azərbaycan qarşıdurmasında daha nələr “həll olunmayıb”?

Əvvəla, 9 noyabr 2020-ci ildə Azərbaycan, ErmənistanRusiya liderlərinin imzaladığı sənədin, jurnalistlərin tez-tez dediyi kimi, siyasi bir razılaşma olmadığına diqqət yetirilməlidir. Bu – hərbi qarşıdurmaya son qoymağı hədəfləyən üç ölkə liderlərinin birgə bəyanatıdır. O, sülh prosesinin “səbətlərindən” yalnız birini – keçmiş DQMV-dən kənar ərazilərin işğaldan azad edilməsini nəzərdə tutur. Fəqət ikinci “səbət” – mübahisəli bölgənin, əslində, zamanında münaqişənin başlanğıcı rolunu oynayan statusunu nəzərə almır. Hətta bəyanarda bu qeyd edilmir.

Səssizliyin səbəbi aydındır. Prioritet vəzifənin döyüş əməliyyatlarını dayandırmaq olduğu mərhələdə atəşkəs üçün ilkin şərt kimi həmin məsələni qaldırmaq mümkün deyildi. Bu, istər-istəməz sülh təşəbbüsünü uğursuzluğa düçar edəcəkdi; Rusiya, Fransa və ABŞ tərəfindən irəli sürülən əvvəlki üç təklifin taleyini təkrarlayardı.

Lakin məsələ həll gündəmindən itməyib, bunu Ermənistan baş naziri Nikol Paşinyanın 11 yanvar 2021-ci ildə Moskvada keçirdiyi üçtərəfli görüşdən sonra verdiyi bəyanat da sübut edir. Azərbaycan, əksinə, ərazi bütövlüyünün bərpası ilə bağlı status problemini faktiki olaraq həll edilmiş sayır.

Paşinyanın inadkarlığının böyük ölçüdə Ermənistandakı daxili siyasi vəziyyətlə əlaqəli olduğu da nəzərə alınmalıdır. İrəvanın Bakıya verdiyi güzəştlərdən narazılıq çox böyük olaraq qalır. İkinci Qarabağ müharibəsindən sonra kəskin aktuallaşan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsinin həlli hələ də mövcuddur. Yeni, hətta cüzi ərazi güzəştləri ehtimalı Paşinyan üçün əlavə risklər yaradır. Ancaq bu hekayət təkcə ayrı-ayrı siyasətçilərlə məhdudlaşmır.

Atəşkəsdən kənar həll yolu tapmaq

Bu o deməkdir ki, hərbi əməliyyatların dayandırılması hüdudlarından kənara çıxacaq, bir növ, hərtərəfli razılaşma hazırlamaq olduqca vacibdir. İlk baxışdan o artıq mövcuddur. Bunlar 2009 danışıqları üçün əsas olan “təməl prinsiplər”dir. Ancaq bu prinsiplər köhnə status-kvo altında qəbul edilib və onların əhəmiyyətli hissəsi danışıqlar masasında olmasa da, döyüş əməliyyatları zamanı həyata keçirilib.

Sovet İttifaqının dağılmasından sonra ilk dəfə Qarabağda sülhməramlılar yerləşdirilib. Həm Bakıda, həm də İrəvanda onların rolu müsbət qiymətləndirilir. Bununla birlikdə, sülhməramlıların səlahiyyətləri 5 illə məhdudlaşır, məsələn, Abxaziya, Cənubi Osetiya və ya Dnestryanıda belə deyil.

Aydındır ki, İrəvan və Bakı Rusiya missiyasına diametral əks ümidlər bəsləyirlər. Bu gün bir tərəfdən DQMV ətrafındakı ərazilərin Azərbaycana inteqrasiyasını, digər tərəfdən, tanınmamış “Dağlıq Qarabağ Respublikası” infrastrukturunun azaldılmış formada qorunub saxlandığını görürük. Ərazidə yerli administrasiyası fəaliyyət göstərir, kadr dəyişikliyi aparılır və gələcək planlar Bakının yurisdiksiyası xaricində hazırlanır.

Özü-özlüyündə bu cür toqquşmalar yox olmayacaq. Böyük xarici oyunçuların Qarabağı necə formalaşdırmaq barədə fərqli fikirləri də ortadan qalxmayacaq. Rusiya, İran və Türkiyə bir-biri ilə qarşılıqlı əlaqədə olmağı və “Qərb tərəfdaşları”nın iştirakının minimum səviyyədə qalmasını istəsələr də, 3 Avrasiya nəhəngi Qafqazın perspektivlərini və bu bölgədəki problemlərin həllində iştiraklarını fərqli qiymətləndirir.

Beləliklə, həlsiz qalan Ermənistan-Azərbaycan ziddiyyətləri (Qarabağın son statusu və yeni sərhəd delimitasiyası) ilə yanaşı, geosiyasi amil də əhəmiyyətli dərəcədə “əlavə dəyər” daşıyır. Bu şərtlər daxilində, hərbi atəşkəs çərçivəsində bir həll axtarılacaq.

Rusiya hərbi münaqişəni dayandırmağa və yeni status-kvo çərçivəsində danışıqlar prosesində liderliyi ələ almağa müvəffəq olduqdan sonra kollektiv Qərb, Qarabağ məsələlərində bir oyunçu olaraq kənarlaşdırılıb. Ancaq ABŞ və müttəfiqlərinin daha aktiv iştirakı tamamilə qapalı bir mövzu kimi görünmür. Bu gün Vaşinqton və Paris (ATƏT-in Minsk qrupunun iki həmsədri) Moskvanın fəaliyyətini və lider mövqelərini izləyir. Lakin bu, passiv müşahidədən uzaqdır. ABŞ Konqresinin Qarabağla bağlı ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoruna ünvanladığı son təşəbbüsə baxmaq kifayətdir.

Moskva ilə Bakı, ya da Moskva ilə İrəvan arasındakı münasibətlərin pisləşməsi, həm də Türkiyə ilə qarşıdurma nəticəsində yaranacaq Rusiyanın Qafqazdakı istənilən uğursuzluğu Qafqaz regional gündəminə müdaxiləni artırmaq üçün istifadə ediləcək.

Buna görə də, hazırda Rusiya tərəfi yalnız münaqişənin həlli barədə danışmaq üçün deyil, həm də münaqişə tərəflərini ortaq iqtisadi layihələr yolu ilə effektiv sülh axtarışına bağlamağa çox çalışır. Gürcüstan ssenarilərinin Qarabağ torpağında təkrarlanması, bölgənin beynəlmiləlləşməsi, RusiyaNATO qarşıdurması ilə müqayisədə, daha mürəkkəb format alacaq. Bu baxımdan, Moskvanın ErmənistanAzərbaycanla, Türkiyə və İranla, eləcə də ATƏT-in Minsk qrupundakı tərəfdaşları ilə münasibətlərdə tarazlığı qoruyaraq, yəni “Scylla və Charybdis” (“iki od”) arasında hərəkət etməsison dərəcə vacibdir. ABŞ və müttəfiqləri Rusiya ilə hazırkı kövrək konsensusa yenidən baxmağa başlayana qədər (və əgər belə olasa) Moskvanın Qarabağla bağlı Qərblə əlavə gərginlik yaratmağa ehtiyacı yoxdur. (Tərcümə: Strateq.az)

pia.az

 


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İran Azərbaycan ordusunun məlumatlarını Ermənistana ötürüb    

Birinci Qarabağ döyüşündə qətlə yetirilən azərbaycanlıların meyitləri tapıldı - Video

Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu

Baş Qərargah rəisi Köçəryana: “İndi gəlib sənin bığlarını kəsərəm!”

Məktəblər sabahdan bağlanır? — Rəsmi açıqlama

Bölgədə vəziyyət nəzarətdən çıxır: “Əmr birbaşa Moskvadan verilir”

Paşinyanın evinə girən azərbaycanlı haker - Video

Əhali banklardakı pulları geri çəkir: Nə baş verir?

Ən çox oxunanalar