Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Azərbaycanın xəbərdarlığından nəticə çıxardacaq? - Keçmiş xarici işlər naziri açıqladı

Azərbaycanın Xarici İşlər Nazirliyinin xəbərdarlığından Ermənistan nəticə çıxardacaq, yoxsa Ermənistan hökümət üzvlərinin Qarabağa səfərləri davam edəcək?..

Tofiq Zülfüqarov: “Ermənistan vətəndaşları beynəlxalq qanunlara uyğun olaraq əgər diplomatik münasiblər bərpa olunarsa, viza xahiş edib, sonra Qarabağa gələ bilərlər”.

Azərbaycanın Xarici İşlər Nazirliyinin Qarabağa Ermənistanın səfərlər etməsi ilə bağlı etdiyi xəbərdarlıq düzgün idi”.

Bu sözləri keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanın Xarici İşlər Nazirliyinin Qarabağla bağlı Ermənistana etdiyi xəbərdarlığı PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir.

“Rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu Ermənistan tərəfinə baha başa gələ bilər.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı Ermənistan xarici işlər nazirinin əsassız iddiasına gəldikdə isə Prezident İlham Əliyevin status məsələsini tarixin zibilliyinə göndərdiyini Ermənistan rəsmilərinə xatırlatmaq istərdik”, - deyə XİN-dən bildirilib.

Bu xəbərdarlıqdan Ermənistan nəticə çıxardacaq, yoxsa yenə səfərlər davam edəcək? Ümumiyyətlə bu problemin həll yolu var?

Ermənistanın Qarabağa qanunsuz səfərlərinin nəticələrini PİA.az-ın əməkdaşı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ilə müzakirə edib.

Tofiq Zülfüqarov: “Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistana dünənki xəbərdarlığı çox vaxtında sərgilənən mövqeyin nümunəsidir”.

Ermənistan vətəndaşlarının Azərbaycanın icazəsi olmadan Qarabağa səfər edə bilməmələri haqqında xəbərdarlığın olmasını normal qiymətləndirən keçmiş xarici işlər naziri PİA.az-a bildirib ki, diplomatik münasibətlər öz həllini tapmayanaq qədər Ermənistanın istər adi vətəndaşının, istərsə də Hökümət üzvlərinin Azərbaycanın ərazisinə gəlməsi qəbul edilməzdir:

Azərbaycanın Xarici İşlər Nazirliyinin Qarabağa Ermənistanın səfərlər etməsi ilə bağlı etdiyi xəbərdarlıq düzgün idi. Çünki indiki mərhələdə MDB arasında olan vizasız rejim qanunu belə səfərləri öz çərçivəsinə almır. Təbii olaraq biz başa düşməliyik ki, indiki Azərbaycan-Ermənistan münaqişəsini, müharibəsini, torpaqların azad işğal olunmasını azad olunmasını kənara qoya bilmərik. Formal olaraq bu qanunun qüvvədə olması bölgəyə aid deyil.

Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistana dünənki xəbərdarlığı çox vaxtında sərgilənən mövqeyin nümunəsidir. Biz xəbərdarlıq etməli idik ki, Ermənistan vətəndaşları Azərbaycanın icazəsi olmadan Qarabağa səfər edə bilməzlər.

Ermənistan vətəndaşları beynəlxalq qanunlara uyğun olaraq əgər diplomatik münasiblər bərpa olunarsa, viza xahiş edib, sonra Qarabağa gələ bilərlər. Diplomatik münasiblər öz həllini tapmayanaq qədər Ermənistanın istər adi vətəndaşının, istərsə də hökümət üzvlərinin Azərbaycanın ərazisinə gəlməsi qəbul edilməzdir”.

Nərminə UMUDLU
pia.az


Etiket: Qarabağ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar