Çərşənbə axşamı, 02 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Sosial media şirkətləri Trampdan sonra Ərdoğanı da boykot edə bilərlər...

Bir ovuc eqoist azlıq “dünya əhalisini azaltmaq” istəyəcək və beləcə, bütün dünya azsaylı elitanın imtiyazında qalacaq. Bu, yalnız ABŞ cəmiyyəti üçün deyil, bütün millətlər və cəmiyyətlər üçün ortaq bir təhlükədir...

İbrahim Karagül
“Yeni Şafak” qəzeti, Türkiyə, 14 Yanvar 2021-ci il

Sosial media mexanizmi əvvəlcə ABŞ-ın dünya miqyasında istifadə etdiyi “Soft Power” alətləri idi. Amerika imici, Amerikanın həyat tərzi, Amerikanın qloballaşması və nəhayət, Amerika hegemonluğu üçün istifadə edilirdi. Demokratiya, ifadə azadlığı və kütləvi həssaslıq yolu ilə satışa təqdim edilmişdi. Sosial media şirkətləri və rəqəmsal investisiyalar da bu məqsədlə qeyri-adi şəkildə bəslənərək böyüdülər. Beləcə, iqtisadi cəhətdən nəhəng strukturlara çevrildilər. Qlobal iqtisadiyyatın həm texnoloji qabaqcılları, həm də hərəkətverici strukturları oldular. Qlobal bir güc olaraq təbliğ edildilər.

Sosial media şirkətləri artıq hərbi müdaxilələr edir

Bu məqamda ABŞ rəhbərliyi bu şirkətləri “Hard Power”a çevirdi. Yəni bu şirkətlər artıq ABŞ-ın hərbi və diplomatik gücündən belə daha təsirli olan siyasi müdaxilələr, daxili qeyri-sabitlik və rejim dəyişikliyi kimi layihələrdə istifadə edilməyə başladılar.

ABŞ hegemonluğu bu şirkətlər vasitəsilə bərpa edildi. ABŞ ordusundan belə daha böyük olan bu güc dünyaya çatdırıldı və beləliklə, ABŞ maraqları və müdaxilələri tətbiq edilməyə başlandı. Bir çox ölkədə bu şirkətlər vasitəsilə kütləvi manipulyasiyalar edilərkən, ABŞ-a uyğun rejimlər gücləndirildi, uyğun olmayan rejimlər isə zəiflədildi və devrildi. Bu müdaxilə həm rejimlərə, həm də siyasi liderlərə yönəldi.

Liderlər üçün edam fərmanları hazırlayıb həyata keçirirlər. Resursları, bazarları olan, ancaq qapılarını ABŞ şirkətlərinə bağlayan ölkələr və siyasi-iqtisadi baxımdan ABŞ maraqlarına uyğun davranmayan liderlər edam edilirlər.

Ukrayna, Gürcüstan, Qırğızıstan və Livanda gördüyümüz Məxməri İnqilablar da bu layihənin ilk nümunələri idi. Liviyada Qəddafinin devrilməsi və ondan sonrakı Liviya vətəndaş müharibəsi isə bunun ən çirkin nümunələrindən biridir. Ərəb Baharına nəzarət etmək və ABŞ-la Qərbin istədiyi kimi sonlandırmaq da həyata keçirilmiş ən böyük layihələrdən biri idi.

Türkiyədəki Gezi hadisələri, 17-25 dekabr tarixlərindəki müdaxilələr və 15 İyul hücumları sosial media vasitəsilə qlobal miqyasda edilmiş ən dəhşətli müdaxilələr idi.

Bu güc indi də ABŞ-ı vurur: dünyadakı rejim dəyişikliyi layihəsini ABŞ-da sınayır. İş o həddə çatıb ki, hakimiyyətdə qalmaq üçün ABŞ administrasiyasının təsdiqini və dəstəyini istəyənlər artıq bu şirkətlərdən iqtidar ala biləcəklərini düşünürlər və bu istiqamətdə təşəbbüslər edirlər. Bunun bir çox nümunəsini gördük və yaşadıq.

Lakin nəticədə bu güc ABŞ-ı da vurmağa başladı. Bəslədikləri şirkətlər dünyada rejim dəyişikliyini ABŞ-da sınamağa başladılar. Vaşinqton administrasiyası indi özünün bəslədiyi iki silahla vurulur: biri sosial media şirkətləri, digəri isə terrorizmdir. “Terrorla mübarizə” ritorikasını qlobal doktrinaya çevirən ABŞ indi öz “daxili terrorundan” əziyyət çəkir.

Sosial media şirkətləri ilə rejim dəyişdirən ABŞ, indi öz içindəki rejim dəyişikliyini həmin silahla müzakirə edir. Bir çox ölkədə bu üsulla çevriliş planı quran ABŞ 6 noyabrdakı konqres basqınını açıq şəkildə “çevriliş” kimi xarakterizə edir və çevrilişin müzakirəsini aparır.

Məsələ Trampla bağlı deyil

Dövlətlər əvvəlcə bu şirkətlərdən istifadə edirdilər. İndi də onlar dövlətdən, dövlətin gücündən istifadə edirlər və daha çox güc qazanırlar. Bir addım sonra isə dövlətləri aradan qaldıracaqlar. Dövləti təsirsiz hala gətirəcək, qarşısına çıxanları əzəcəklər və bunu da kütləvi dalğalarla edəcəklər.

Tramp hər baxımdan müzakirə edilə bilər. Qeyri-sabitliyi, siyasi baxışları, gözlənilməzliyi, ABŞ üçün yaxşı bir prezident olub olmaması və ABŞ-dakı güc çəkişmələrindəki mövqeyi hər baxımdan sorğulana bilər. Ancaq ABŞ-da baş verənlər hər nə qədər Trampın şəxsiyyəti əlaqələndirilsə də, əslində, çox fərqli şeylər baş verir. Məsələ ABŞ və dünya üçün olduqca dərin və mürəkkəbdir. Trampı kənarlaşdıran bu güc daha fərqli planlar qurmağa çalışır. Dövlətlər, liderlər, ölkələr, inanclar və dəyərlər olmadan bir dünya qururlar.
Yeni bir dünya yaratmağa çalışırlar. Ölkələrin, dövlətlərin və cəmiyyətlərin heç bir rolunun olmayacağı, yalnız bu şirkətlərin maraq və güc axtarışına üstünlük verən bir dünya formalaşdırmaq istəyirlər.

Dəhşətli acgözlüyə, eqoistliyə və dəliliyə doğru sürüklənirik. Bu fırtına dayandırılmasa, liderlər, dövlətlər, ölkələr, inanclar, dəyərlər və bəşəriyyət tamamilə yox olacaq. ABŞ prezidentini “daxili təhdid” elan etdilər. “Twitter”, “Facebook”, “Instagram” və yada düşən bütün sosial media platformaları ilə onu əsl düşmənə çevirdilər. İfadə azadlığına məhəl qoymadılar. Ən təməl açıqlamalarına da icazə vermədilər. Vəzifəsindən getməsinə 10 gün qalmış də onu işdən çıxarmağa çalışdılar.

Bu, Məxməri İnqilablarla başlayan prosesin yeni halıdır. Məsələn, bu günlərdə Konqoda da eyni şeyi edirlər. Prezident və hökumət üzvlərinin “Facebook” hesabları seçkidən əvvəl bağlanmışdı. Bunu sabah başqa ölkədə də edəcəklər.

Türkiyə artıq çoxdan hərəkətə keçib. Bu şirkətlər PKK kimi təşkilatlar üçün şərait yaradır, həm də dövlətləri asılı hala salan bir dünya nizamı qururlar. Qlobal miqyasda yalanlar dizayn edərək beyin yumaqla məşğuldurlar. Türkiyədəki ortaqları və CHP vasitəsilə təqdim etdikləri yalan fırtınası da məhz bu layihədən bəslənir. Daxili siyasətdəki qarşıdurmalar və partiyalarla terror təşkilatlarını birləşdirən layihə də sadəcə olaraq ABŞ-da gördüklərimizin Türkiyədəki əksidir.

Dövlətlər artıq bu gücü məhdudlaşdırmalıdır, bir çıxış yolu tapmalıdır. Millətləri, cəmiyyətləri bu yeni vəhşilikdən azad etmək üçün bir yol tapmaq mütləqdir. Bir ovuc eqoist azlıq “dünya əhalisini azaltmaq” istəyəcək və beləcə, bütün dünya azsaylı elitanın imtiyazında qalacaq. Bu, yalnız ABŞ cəmiyyəti üçün deyil, bütün millətlər və cəmiyyətlər üçün ortaq bir təhlükədir.

Bu gündən etibarən bu şirkətləri siyasi partiya olaraq izləyirik. Bir addım sonra dövlətlərə müharibə elan etdiklərini də görəcəyik. Bunun üçüncü addımı isə kütlələrə və hüquqlara qarşı müharibə elan etməkdir. Bir gün, “dünya əhalisi dünyadakı qaynaqlardan çoxdur, onları azaltmaq lazımdır” deyərək əhalini azaltmaq planlarını belə insanlara satmağa çalışacaqlar.

Aydın görünür ki, ABŞ-dan sonra ilk addım olaraq Türkiyəyə hücum edəcəklər. Artıq tenderləri paylayıblar. Bu şirkətlər ABŞ-dakı müharibəni qazandıqdan sonra (əgər qazanarlarsa) Türkiyəyə də hücum edirlər. 2023-cü ilə qədər amansız şəkildə müdaxilə edəcəklər. Seçkilərdə birbaşa iştirak edəcək və bunu açıq formada, çəkinmədən həyata keçirəcəklər. 15 İyul hadisələrindən daha rahat hərəkət edəcəklər və artıq buna artıq “çevriliş” belə deyilməyəcək.

Türkiyədəki tenderləri çoxdan payladılar, rolları bölüşdürdülər. Onsuz da siyasi liderlər, partiyalar, terror təşkilatları, bələdiyyə sədrləri və qaranlıq dairələrin koordinasiyalı şəkildə işlədiyini görürük. CHP və onun ünsürləri üzərindən təqdim olunan sistematik “yalanlar” və “uydurmalar” da bunun ilk addımıdır.

Müqavimət sistemi mütləq şəkildə qurulmalıdır. Qərb üçün tarix çoxdan bitib, amma Türkiyə üçün hələ yeni başlayır.
Türkiyə ölkədənin hər qarış torpağında, cəmiyyətdə, qurumlarda və sivil sahələrdə, bölgənin hər yerində “müqavimət adaları” yaratmağa məcburdur. Mülki qalalar və dövlətin müdafiə qalxanlarını də inşa etməlidir.

Artıq bu ölkədə daxili siyasi kimlik yoxdur. Onun əvəzinə, Türkiyənin oxunda dayananlar və bu şirkətlərdən güc alanlar var. Bu münaqişə yerli deyil, qlobaldır. Ona görə də, bu hazırlıqlar milli təhlükəsizlik məsələsi kimi qəbul edilməlidir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


z

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Azərbaycan Xarici İşlər nazirliyinin bəyənatları yenidən yalvarici formaya düşüb

"OBA"da üzərində söyüş yazılan qadın corbaları satılır - Foto

“Təxminən 5-10 ilə üçüncü Qarabağ savaşı başlayacaqq” - Yəhudi politoloq

Hacı Qamətdən daha bir absurd: “Kişi bibiqızı və ya xalaqızı ilə “WhatsApp”da danışmamalıdır” - Video

İL-76 hərbi təyyarələri Rusiyadan Ermənistana silah daşıyır

İrandan Prezidentin mətbuat konfransında sual verən jurnalistlə bağlı açıqlama

"Ermənilər Qarabağdan imtina etdi" - Siyasi şərhçi

"Dəyişikliklər nə gülməli, nə də ağlamalıdır" - Sürücülərlə bağlı açıqlama

"Metro açılmayacaq, toylara da icazə verilməyəcək"- Deputat

“Azərsığorta”da nə baş verir? – 20-yə yaxın filial bağlandı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay