Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Az-Granata"da nə baş verir?

Şadlıq evlərinin, restoranların bağlı olması, eləcə də əhali arasında istehlak qabiliyyətinin aşağı düşməsi “Az-Granata" MMC-nin məhsullarının anbarlarda yığılıb qalmasına səbəb olub.

PİA.az-ın xəbərinə görə, şirkətin məhsullarının alıcılıq qabiliyyətinin hədsiz aşağı düşməsinin bir səbəbi pandemiya ilə bağlıdırsa, digər səbəbi də müəssisənin məhsullarının qiymət baxımından yerli rəqabətdə uduzmasıdır.

Məlumatlı mənbənin verdiyi məlumata görə, hələ ötən il rəhbərlik zavodda ixtisarlar həyata keçirmək istəyirmiş.

İxtisarlar və işçi dəyişiklikləri müəssisənin satış şöbələrində həyata keçirilsə də, istehsal müəssisəsində bu, baş verməyib. Əvəzində işçilərə pulsuz verilən yemək payları kəsilib. Amma yemək payından əldə olunan qənaət də "Az-Granata"nı iflasdan qurtara bilməyib.

Cənubi Qafqazda ən böyük spirtli içki və şirə emalı zavodu kütləvi ixtisarlara hazırlaşır. İxtisarlara bu gündən başlanacağı vurğulanır. Yüzlərlə işçinin ixtisar olunacağının səbəbi kimi müəssisənin məhsullarını sata bilməməsi göstərilir.

Ölkə Prezidenti İlham Əliyev cənablarının bütün müəssisə, zavod, şirkət rəhbərlərinə "Pandemiya dövründə işçiləri ixtisar etməyin" məzmunlu göstəriş və tapşırıqlarına baxmayaraq, artıq "Az-Granata" rəhbərliyi müəssisədə təxminən 50 faizədək ixtisaretmənin astanasındadır.

Şirkətin də mövqeyini dərc etməyə hazırıq.(Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar