Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhidlər Xiyabanında görülən abadlıq-bərpa işləri sürətlə davam edir - Şirvanda

Şirvan Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti bildirir ki, son günlərdə yolu Şirvan şəhərinin Şəhidlər Xiyabanından düşənlər müqəddəs məkanda böyük işçi qüvvəsinin necə sürətli və gərgin işlədiyinin şahidi olurlar. İstər rəhbər, istər xidməti işçilər olsun, fərqi yoxdur, hər kəs şəhidlərimizin uyuduğu ziyarətgahın abadlaşması üçün əlindən gələni edir.

Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid oğullarımızın xatirəsinin əbədiləşdirlməsi həm torpaqlarımızın necə canlar bahasına geri alındığını unutmamaq, həm də gələcək nəsillərin onları hörmət və ehtiramla yad etməsi üçün çox əhəmiyyətlidir. Ona görə də Şirvan Şəhər İcra Hakimiyyəti müqəddəs Şəhidlər Xiyabanında aparılan təmir-bərpa işlərinə xüsusi həssaslıqla yanaşır.

Xiyabanda xeyli iş görülüb. Belə ki, Vətən müharibəsi şəhidlərinin məzarüstü abidələrinin quraşdırılması xiyabanın gediş-gəliş hissəsinə yeni tamet üzlük döşəmə plitələrin düzülməsi, bardyurların düzəldilməsi işləri sürətlə davam etdirilir. Şəhidlər xiyabanınının hasarında suvaq işləri tamamlanıb, Xiyabanın işıqlandırılması üçün əlavə 20 ədəd işıq dirəkləri quraşdırılıb. Giriş qapısının üzərində Azərbaycan Respublikasının şanlı üçrəngli bayrağı ucaldılıb, qapının bayır hissəsində dekorativ güllər əkilmiş sahənin kənarına üzlük düzülüb. Xiyabanın torpaq ərazisi şumlanır, ağaclar budanır və ağardılır, ərazidə dekorativ ağac və kollardan yaşıllıq zolaqları salınır. Əbədi Məşəl abidə kompleksində təmir işlərinə başlanıb.

Şəhidlər Xiyabanınadək 2,5 km piyadalar üçün səkinin salınması işləri yekunlaşmaq üzrədir. Artıq monolit tökmə bordyurlar düzəldilib, asfaltlanma işləri görülür.

Şəhər rəhbərliyi mütəmadi olaraq gün ərzində Şəhidlər Xiyabanında görülən işlərlə yerində tanış olur, müvafiq tövsiyələrini verir. Xiyabanda aparılan abadlıq və təmir-bərpa işlərinin qısa zamanda yekunlaşması və ziyarətçiləri qarşılaması nəzərdə tutulur.

Şirvan sakinləri şəhərin müxtəlif ərazilərində görülən işlərə, qəbul edilən qərarlara, vaxtında atılan addımlara görə Ulu Öndər Heydər Əliyevin siyasi davamçısı, regionun güclü dövlətinin lideri Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə, dövlətimizin çiçəklənməsində onunla çiyin-çiyinə mübarizə aparan hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə edir və hər zaman bir yumruq kimi birləşdiklərini bildirirlər.

pia.az

 

 

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar