"Qış fasiləsində hücumçu axtarışı çox çətindir. Üç oyunçuya təklif göndərdik, gəlmək istəmədilər".
PİA.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində deyib.
43 yaşlı mütəxəssis bildirib ki, onlardan ikisi Macarıstanda və İsveçrədə oynayır, digəri isə uruqvaylıdır: "Qışda hansısa klubdan hücumçunu almaq asan deyil. İndiki halda ya icarəyə götürməliyik, ya da oyunçunun özü gəlmək istəməlidir. Sərbəst hücumçu tapmaq çox çətindir. Axtarışdayıq, gecə-gündüz bu işlə məşğuluq".
Qeyd edək ki, "Neftçi" hazırda 24 xalla turnir cədvəlinə başçılıq edir. (Report)
pia.az
z