Çərşənbə, 24 Fevral 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Toylarla bağlı mühüm açıqlama: "Ramazan bayramından sonra.."

Bu gündən Azərbaycanda COVID-19 əleyhinə əhalinin vaksinasiyası kampaniyası başlanılıb. Həmçinin, ölkədə tətbiq olunan sərt karantin rejimi də öz müsbət nəticəsini verir. Hazırda koronavirusa gündəlik yoluxmaların sayında azalma müşahidə edilir. Bu səbəbdən Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində yumşalmalarla bağlı bir neçə qərar verildi.

Bəs, vaksinasiyanın aparılması fonunda virusa gündəlik yoluxmalar aşağı düşərsə bir ilə yaxındır ki, keçirilməsinə qadağa qoyulan toy mərasimlərinin başlamasına icazə verilə bilərmi?

Mövzu ilə bağlı Publika.az millət vəkillərinin və bəzi şadlıq saraylarının fikirlərini öyrənib.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı hesab edir ki, toylara icazə verilsə də toy və yas kimi kütləvi mərasimlərin formatı mütləq dəyişilməlidir: "700-800 nəfərlik toylar olurdu. Bu, ailə şənliyidir. Burada say mütləq azalmalı və mütəvazi bir şəkildə bu məclislər keçirilməlidir. İsrafçılıq olmaz. Qarabağ müharibəsi bitib, Azərbaycan qalib gəlib, dağılmış yurdlarımızı görürük, şəhidlərimiz var, onların ruhu qarşısında borcluyuq. Bu yolda yaralanan qazilərimiz, ağır yaralar görmüş, itkilər vermiş ailələr var. Belə bir şəraitdə toy və yas mərasimlərinin keçirilməsi mənə qəribə gəlir. Düzdür, Respublikada qalibiyyət havası var. Ancaq buna baxmayaraq şəhidlərimizə görə hələ tezdir. Biz yeni ili də təmtəraqlı qeyd etmədik.

Ailələrdə belə bir şey var ki, mərhumun qırx mərasiminin, daha yaxın qohumlarda isə il mərasiminin çıxmasını gözləyirlər. Toyların keçirilməsinə pandemiya bitəndən sonra icazə verilsə də, özünə və millətinə hörmət edən adamlar bu təntənəli mərasimlərin keçirilmə tarixini bir qədər uzağa salsalar, gecikdirsələr daha yaxşı olar. Çünki hələ ağrılar-acılar bir az azalmalıdır".

Millət vəkili Ceyhun Məmmədov düşünür ki, toyları keçirmək üçün bir müddət gözləməyimiz daha məsləhətlidir: "Çünki hələ ki, vəziyyətin necə olacağını bilmirik. Vaksinasiya prosesi bu gündən başlayıb. Biz səbir edib uzun müddətdir ki, bunu gözləyirik. Düzdür, sərt karantin rejimi bir qədər yumşaldıldı. Ancaq hesab edirəm ki, yoluxmaların sayının yenidən artmaması üçün bir müddət gözləməyimiz məsləhətdir. Bu baxımdan da toyların və digər kütləvi tədbirlərin keçirilməsini uyğun hesab etmirəm. Vaksinasiya prosesi davam etsin, yumşalmalardan sonrakı vəziyyəti nəzərdən keçirək və ondan sonra digər məsələlərə yenidən baxa bilərik".

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı bildirib ki, əgər yoluxma sıfırlanarsa və peyvənd öz müsbət təsirini göstərərsə, müəyyən qaydalara əməl etməklə toyların keçirilməsi mümkündür: "Uğurlu nəticə olarsa, toylar keçirilə bilər. Bu, həm də Operativ Qərargahın qəbul etmiş olduğu qərardır. Prosesin gedişatı izlənəcək və koronavirusa yoluxmanın azalması və ya artması bu müddətdə müşahidə olunacaq. Yoluxma nə qədər ki, aşağı düşməyib, toyların keçirilməsinə icazə vermək çətin olacaq. Çünki yoluxma riski toylarda çoxdur. Amma çox istərdik ki, toylar başlasın. İnsanlar çoxdandır ki, toy işinə hazırlaşırlar. Gənclərin valideynləri uzun müddətdir ki, bu günü gözləyir. Çox istəyirik ki, tezliklə bu virusdan xilas olaq və insanlar normal həyata qayıtsın, toy-düyün olsun".

Mövzu ilə bağlı şadlıq evlərinin də münasibətini öyrəndik. Ümumi olaraq qeyd edildi ki, toyların keçirilməsini onlar uzun müddətdir ki, gözləyirlər və son 10 gün ərzində bununla bağlı canlanma var.

"Gilavar" şadlıq sarayından bildirilib ki, vaksinasiya prosesinin başlamasından və yoluxma sayının aşağı düşməsindən sonra insanlar mart ayından toyların başlayacağını düşünürlər: "Toylar olmaldır. İnsanlar toy tarixlərini bir ildir ki, təxirə salaraq indiki vaxta çatıblar. Uzun müddətdir ki, toylar keçirilmir. İşçilərimiz də bu mərasimlərin keçirilməsini gözləyir. Toyla bağlı bütün sahələr hazırda donub, müştərilərimiz toyların başlamasını istəyir. Biz onlara təklif edirik ki, evinizdə 8-10 nəfərlə qeyd edə bilərsiniz. Ancaq insanlar deyirlər ki, bu, bizim arzumuzdur, övladımıza təmtəraqlı toy etmək istəyirik. Hər gün bizə müraciətlər olur. Hətta bəzən buna görə bizi qınayırlar".

“Şərq Saray” şadlıq sarayından isə bildirildi ki, son günlərdə toyların keçirilməsi ilə bağlı müraciətdə bir qədər canlanma var: "İnsanlar toyların keçirilməsi ilə bağlı qərarı böyük səbirsizliklə gözləyirlər. Bir ilə yaxındır ki, biz də gözləyirik. Heç bir gəlir yoxdur. Hər şeyi öz cibimizdən edirik. Son 10 gün ərzində bizə toyların keçirilməsi ilə bağlı müştərilər müraciət edir. Hazırda bir qədər canlanma var. Amma onlar da ümidsizdir. Biz fikirləşirik ki, bu il toylar Ramazan bayramından sonra olar. Ona görə də may ayını nəzərdə tuturuq".

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

““İsgəndər” raketlərini atdıq, partlamadı” - Paşinyan Rusiyanı biabır etdi

Gömrük generalının qardaşı oğlu niyə həbs edilmir? – İki dəfə adam öldürüb

Bakıya 12 saatdır qar yağır, yollarda hərəkət çətinləşib- Foto, Yenilənib

“Qadınlar üçün 63 yaş normal pensiya yaşı idi” - Millət vəkili ƏƏSMN-nin pensiya siyasətini bəyənmir...

Bakı-Qazax yolunda zəncirvari qəza: Ölən və yaralananlar var - Yenilənib, Video

Şeyx lisenziya üçün 2 000 rüşvət istəyir? – Video

“Paşinyanın ayaqları mane olur…” – Rusiyadan “İskəndər” raketləri ilə bağlı sərt reaksiya

Qeyri-sabit hava neçə gün davam edəcək? - Açıqlama

MN Vətən müharibəsində düşmənə vurulan aviazərbələri əks etdirən görüntülər yayıb - Video

Ən çox oxunanalar