Bazar, 28 Fevral 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Bir ilə yaxındır işləmirik, çətindir“ - Afaq Bəşirqızı

Ötən həftə Anar Kərimov mədəniyyət naziri təyin olundu.

Yenisabah.az-a danışan Xalq artisti Afaq Bəşirqızı nazirlikdəki yeni təyinatla bağlı gözlənti və təkliflərini saytımıza danışıb.

Sənətçi yeni nazirin mədəniyyət sahəsi üçün konsepsiyası olacağını bildirib:

“Mən bilirəm ki, Anar Kərimovun mədəniyyət sahəsi ilə bağlı öz konsepsiyası var. Son zamanlar həm müharibə, həm də pandemiya mədəniyyətə çox böyük ziyan vurdu. Təsəvvür edin, bir ilə yaxındır biz sənətçilər işləmirik, bir az çətindir. Amma inanıram ki, bunlar hamısı düzələcək. İstəyirəm ki, hər şey yaxşı olsun”.

Xalq artisti son vaxtlar ciddi müzakirələrə səbəb olan fəxri adlar məsələsinə də toxunub:

“Mədəniyyət sahəsindəki fəxri ad məsələlərinə heç vaxt dəymirəm, heç dəymək də istəmirəm. Çünki aktyorun hər zaman gözlədiyi şey gül-çiçək dəstəsi, alqış, bir də fəxri adlardır. Ona görə heç kəsin xətrinə dəymək istəmirəm. Kim haqq edib alıb, kim yerində almayıbsa, mən onlara nəsə demək istəmirəm. Bəziləri fəxri ad məsləsinin Sovetdən qalma olduğunu, ləğv olunmasını təklif etsə də mən bununla razı deyiləm. Məncə, mütləq fəxri adlar olmalıdır”.

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İran Azərbaycan ordusunun məlumatlarını Ermənistana ötürüb    

Birinci Qarabağ döyüşündə qətlə yetirilən azərbaycanlıların meyitləri tapıldı - Video

Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu

Məktəblər sabahdan bağlanır? — Rəsmi açıqlama

Baş Qərargah rəisi Köçəryana: “İndi gəlib sənin bığlarını kəsərəm!”

Bölgədə vəziyyət nəzarətdən çıxır: “Əmr birbaşa Moskvadan verilir”

Paşinyanın evinə girən azərbaycanlı haker - Video

Əhali banklardakı pulları geri çəkir: Nə baş verir?

Ən çox oxunanalar