Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Türkiyə arasında ikili vətəndaşlığa icazə verilə bilər

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” imzalanan saziş 13 avqust 2020-ci il tarixdə qüvvəyə minib.

Sazişə əsasən, qarşılıqlı olaraq Azərbaycan və Türkiyə vətəndaşları bir-birinin ərazisinə daxil olmaq, tranzit keçmək, ölkədən getmək və müvəqqəti qalmaq üçün 90 (doxsan) gün müddətinə viza tələbindən azad edilirlər.

Maraqlıdır, bəs Azərbaycan və Türkiyə arasında gələcək zamanlarda ikili vətəndaşlığa icazə verilə bilərmi?

Milli Məclisin deputatı Jalə Əliyeva Modern.az-a deyib ki, ikili vətəndaşlığa hər iki ölkənin qanunlarını nəzərdən keçirdikdən sonra icazə verilə bilər:

“Bölgədə və dünyada hər kəsə məlum olduğu kimi, Azərbaycan və Türkiyə iki qardaş, iki dost ölkələrdir. Heç təsadüfi deyil ki, Azərbaycanın ümummilli liderinin aforizminə çevrilmiş “İki dövlət, bir millət” fikri bu gün iki ölkə arasındakı münasibətlərdə özünü sübut edir.

Xüsusilə də, 44 günlük haqq savaşında Türkiyənin bütün xalqının Azərbaycanın yanında olması çox əhəmiyyətli bir mesajdır. Son on illiklərdə iki dövlət arasındakı münasibət durmadan müsbət xətt üzrə inkişaf edir.

Vizalardan azad olma məsələsinə gəldikdə artıq iki ölkənin vətəndaşları sadəcə şəxsiyyət vəsiqələri ilə səfər edə bilərlər. Bu saziş bir daha Azərbaycan və Türkiyə arasında olan münasibətləri göstərir.

Gələcəkdə ikili vətəndaşlığın olmasından danışsaq, bu, hər iki ölkənin qanunları ilə tənzimlənə bilər. Bu məsələdə hər iki ölkədə qanunları nəzərdən keçirilib, daha sonra dəyişiklər edilə bilər. Artıq qardaş ölkəyə vizasız səfər edə biliriksə, gələcəkdə ikili vətəndaşlıq da ola bilər”.

Türkiyə Böyük Millət Məclisinin üzvü və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun  rəhbəri Şamil Ayrım:

“İkili vətəndaşlıq məsələsi gələcəkdə iki ölkənin qanunlarını nəzərdən keçirilərək, qərar verilə bilər. İkili vətəndaşlıq olmasa da, Türkiyədə Azərbaycan vətəndaşına hər bir yardım göstərilir. Amma, hazırda ikili vətəndaşlıq məsələsi gündəmdə deyil”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar