Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan və Sarkisyan müxalifətin təklifini dəstəkləmədi

Müxalifətdə olan İşıqlı Ermənistan Partiyası 44 günlük döyüşü və hərbi əməliyyatlaradək olan dövr ərzindəki vəziyyəti araşdırmağı təklif edib.

PİA.az xəbər verir ki, bu barədə “Qraparak” qəzeti bildirib.

Deputat Edmo Marukyanın başçılıq etdiyi partiyanın təklifini Qaqik Sarukyanın Çiçəklənn Ermənistan Partiyası, “Daşnaksütyun” və Aram Sarkisyanın Respublika Partiyası dəstəkləyib.

Ermənistanın baş naziri Nikol Paşinyanın “Mənim addımım” və keçmiş prezident Serj Sarqsyanın başçılıq etdiyi Ermənistan Respublikaçılar Partiyası bu təklifdən imtina edib.

Təklifə əsasən, araşdırma komissiyasının tərkibinin 16 nəfərdən ibarət olması, parlamentdəki fraksiyaların hər birindən 4 namizəd, parlamentdən kənar 3 partiyanın hərəsindən bir namizəd irəli sürülməsi təklif olunur. Təklifdə komissiyaya İnsan hüquqlarını müdafiə ofisinin Ermənistandakı nümayəndəsinin də daxil olması qeyd olunub.

Mütəxəssislər Paşinyan və Sarqsyanın partiyalarının təklifi dəstəkləməməsini təsadüfi saymır. İndiyədək parlamentdə 2016-cı ilin aprel döyüşlərinin araşdıran komissiya fəaliyyət göstərir. Ehtimal olunur ki, bundan sonra həmin komissiya öz işini dayandıracaq. Müxalifətin təklifindən imtina edilməsi də bununla bağlı ola bilər. Başqa sözlə, Nikol Paşinyanın aprel döyüşlərini araşdırmağı dayandırması qarşılığında Sarqsyan da 44 günlük döyüşlərin müzakirə olunmamasını dəstəkləyəcəyini boyun olub. (Report)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar