"Ermənistanla sərhədlərimiz dəqiqləşdirilir. Naxçıvanın iki kəndi - Kərki və Nüvədi, Qazaxın da 7 kəndi Azərbaycana qaytarılacaq".
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Kərki boşaldılıb, bir həftəyə Azərbaycana təhvil veriləcək:
"Sonra Nüvədi kəndini təhvil alacağıq. Daha sonra Qazaxın 7 kəndi qaytarılacaq. Bu ərazilər bizimdir".
pia.az