Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib - Yenilənib

Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın psixoterapevtik müalicəsinin təşkili məqsədilə 20 yanvar 2021-ci il tarixində Türkiyədən dəvət olunmuş mütəxəssislər ölkəmizə gəlib.

Bu barədə PİA.az-a FHN-dən məlumat verilib.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə gələn peşəkar klinik-psixoloq və psixoterapevtlər Vətən müharibəsi nəticəsində psixi problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasının səmərəli təşkilinə yardımçı olacaqlar. Eyni zaqmanda, qazilərin, şəhid ailəsi üzvlərinin, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanların psixoterapevtik müalicəsinin təşkili məqsədilə həmin mütəxəssislərin Fövqəladə Hallar Nazirliyinin psixoloq-mütəxəssisləri ilə birgə fəaliyyət göstərməsi, həmçinin təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng edərək mütəxəssislərlə görüş vaxtını təyin edib, ödənişsiz şəkildə müvafiq psixoterapevtik yardım ala bilərlər.

***

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun tam qələbəsi ilə başa çatdı və erməni təcavüzünə son qoyuldu.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən PİA.az-a verilən məlumata görə, müharibənin törətdiyi fəsadlar qazilərimizə, o cümlədən doğmalarını itirmiş şəhid ailələri, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanlara öz mənfi təsirini göstərib. Belə ki, bu faktorlar insanlarda posttravmatik stress pozuntusu, depressiya, ünsiyyətdə çətinlik, suisidal fikirlər, aqressiya, zərərli vərdişlərdən asılılıq və digər bu kimi halların yaranmasına səbəb olur.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyi “112” qaynar telefon xətti vasitəsilə vətəndaşlarımıza 24 saat fasiləsiz təcili psixoloji yardımın göstərilməsi fəaliyyətini davam etdirir.

Bununla yanaşı, müharibənin fəsadları nəticəsində psixi problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasının səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyə Respublikasından 20 nəfər klinik-psixoloq və psixoterapevt dəvət olunub. Qazilərin, şəhid ailəsi üzvlərinin, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanların psixoterapevtik müalicəsinin təşkili məqsədilə həmin mütəxəssislərin azərbaycanlı məsləkdaşları ilə birgə fəaliyyət göstərməsi nəzərdə tutulub. Səfər zamanı həmçinin mütəxəssislər arasında təcrübə mübadiləsi aparılacaq. Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng edərək mütəxəssislərlə görüş vaxtını təyin edib ödənişsiz şəkildə müvafiq psixoterapevtik yardım ala bilərlər.

"İnanırıq ki, bir-birimizə mənəvi dəstək olaraq müharibənin qoyduğu fəsadları tezliklə aradan qaldıracağıq", - deyə FHN-nin məlumatında bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar