Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bunu hüquq mühafizə orqanları da bilir" - Kəmaləddin Heydərovla bağlı açıqlama

“Bir sıra oliqarx məmurların ölkədən külli miqdarda vəsait çıxarması ilə bağlı iddialar zaman-zaman ortaya çıxıb. Bu məsələ aydındır, gizli deyil ki. Azərbaycanda oliqarxlar kimlərdir, o da hər kəsə bəllidir”.

Bu fikirləri Kəmaləddin Heydərovun ölkədən 28 milyard vəsaiti çıxarması ilə bağlı çıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov səsələndirib. O bildirib ki, kimlərinsə qeyri-qanuni yollarla ölkədən iri məbləğdə pul çıxarmasını hüquq-mühafizə orqanları araşdırmalıdır:

“Əslində, bunu hüquq mühafizə orqanları da bilir və konkret addımlar atılmalıdır. Amma çox təəssüflər olsun ki, biz ciddi tədbirlər görmürük. Bu proses hələlik davam edir. Son vaxtlar aparılan siyasət, müəyyən həbslər bu insanların gözünü açmalıdır. Açığı mən belə hesab edirdim ki, müharibədən və qələbədən sonra bu insanlar hər şeyi başa düşər. Artıq hamı dövlətə, xalqa, millətə işləyər. Təəssüf ki, bunu çox yerlərdə görmürük. Oliqarxlar yavaş-yavaş yeni kadrlarla dəyişdirilməlidir. Bir məsələni də qeyd edim ki, oliqarxlar işdən kənarlaşdırılanda onların topladığı mal-mülkü əllərindən almaq lazımdır. Bu mal-mülk demək olar ki, faktiki oğurluq hesabına formalaşdırılıb. Onların əlində o qədər vəsaitin qalması dövlətin təhlükəsizliyi baxımından narahatlıq yaradır”.(Unikal.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar