Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu Azərbaycan xalqına meydan oxumaqdır, Azərbaycanı oyuncaq dövlətə çevirməkdir” - İlham İsmayıl

Ermənilərin sülh haqqında danışanları xain elan etdiyi hazırkı məqamda Ermənistandan Qarabağa ikinci yolun açılması Azərbaycan üçün hansı fəsadlara yol aça bilər?..

Təhlükəsizlik eksperti: “Vardenis istiqamətində olan dövlət sərhədini tamam bağlayıb, bütün sərhəd boyunca hasar inşa etmək lazımdır. Hazırkı şərtlər bizimlə ermənilərin arasında keçilməz səddin olmasını tələb edir”.

“Bu həm də İkinci Qarabağ müharibəsində məğlub olmuş tərəfin bizə ultimatumudur və bu yolla öz mənəvi qələbəsini təmin etmək cəhdidir. Onlar bunu mərhələ-mərhələ Rusiyanın əli milə həyata keçirmək istəyirlər”.

Bu sözləri təhlükəsizlik üzrə ekspert İlham İsmayıl son günlər Kəlbəcər yolunun yenidən ermənilərin istifadəsinə verilməsinin gündəmə gəlməsi məsələsini PİA.az-a şərh edərkən qeyd edib.

Son günlər Kəlbəcər yolunun yenidən ermənilərin istifadəsinə verilməsi gündəmə gətirilir. Ermənistanın baş nazirinin müavini isə dünən bildirib ki, böyük ehtimalla bu məsələ Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli komissiyasının iclasında müzakirəyə çıxarılacaq. Təbii ki,bölgədəki “fəaliyyət dairəsini” genişləndirmək üçün Rusiya da bu məsələdə erməniləri müdafiə edir.

Ermənistan hərbiçilərinin və qanunsuz silahlıların Dağlıq Qarabağda qaldığı və Laçın dəhlizi Azərbaycanın nəzarətindən tamamən kənarda qaldığı indiki şəraitdə Kəlbəcər yolunun ermənilər üçün açılmasını mümkün hesab etmək olar? Ermənilərin sülh haqqında danışanları xain elan etdiyi hazırkı məqamda bu addım Azərbaycan üçün hansı fəsadlara yol aça bilər? Ümumiyyətlə Kəlbəcər yolunun ermənilər üçün açılması Azərbaycana hansısa xeyir verə bilər?

Kəlbəcər yolunun açılmasını PİA.az-ın əməkdaşı təhlükəsizlik üzrə ekspert İlham İsmayıl ilə müzakirə edib.

İlham İsmayıl: “Nə vaxt Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyar və Qarabağdakı silahlı qüvvələrini tamam çəkib çıxarar, o zaman sərhədin açılması barədə düşünmək olar”.

Burda məqsədin Azərbaycan Respublikasının ərazisində Azərbaycana meydan oxumaq, eyni zamanda Azərbaycanı oyuncaq dövlətə çevirmək olduğunu vurğulayan ekspert PİA.az-a bildirib ki, bu həm də İkinci Qarabağ müharibəsində məğlub olmuş tərəfin bizə ultimatumudur və bu yolla öz mənəvi qələbəsini təmin etmək cəhdidir. Ekspert hesab edir ki, əgər onlar bu yolun açılmasını istəyirlərsə, ilk növbədə Azərbaycan hökümətinə xahişlə müraciət etməliydilər, daha yolu kəsib hədə-qorxu gəlməməliydilər:

“Ermənilər Kəlbəcər istiqamətində yolun açılmasını tələb edirlər. Nəzərə almaq lazımdır ki, ermənilər yalnız yolun deyil, həm də Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinin də sərhədsiz və açıq olmasını istəyirlər. Əks halda sülhməramlıların müşayəti ilə hərəkət edən Azərbaycan maşın karvanlarının qarşısını kəsəcəkləri ilə hədələyirlər. Sülhməramlılarla olan dialoqu da izləmişik. Ümumiyyətlə ermənilər istəyir ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində istədikləri kimi gəzib dolansınlar və istədiklərini etsinlər. Lakin azərbaycanlıların onların sərhədinə yaxın düşmələrini belə istəmirlər. Onlara görə Azərbaycan ermənistan sərhədində ancaq erməni əsgəri dayanmalı və azərbaycanlıları Ermənistana buraxmamalıdırlar. Özləri isə əl-qollarını yelləyərək bizim torpaqlarda gəzməlidirlər. Onlar bunu istəyir və belə düşünürlər. Biz onların sərhəddəki isterikasını da görürük.

Bu Azərbaycan Respublikasının ərazisində Azərbaycan xalqına meydan oxumaqdır, eyni zamanda Azərbaycanı oyuncaq dövlətə çevirməkdir. Bu həm də İkinci Qarabağ müharibəsində məğlub olmuş tərəfin bizə ultimatumudur və bu yolla öz mənəvi qələbəsini təmin etmək cəhdidir. Onlar bunu mərhələ-mərhələ Rusiyanın əli ilə həyata keçirmək istəyirlər. Rusiyanın əli ilə itirdikləri hər şeyi geri almağı planlaşdırırlar. Əgər onlar bu yolun açılmasını istəyirlərsə, ilk növbədə Azərbaycan hökümətinə xahişlə müraciət etməliydilər, daha yolu kəsib hədə-qorxu gəlməməliydilər.

İlham İsmayıl: “Heç bizə Tərtər-Kəlbəcər yolundan, Ağdam-Şuşa yolundan istifadə etməyə imkan vermirlər, amma biz bu separatçılar üçün dövlət sərhədini açmalıyıq”.

İkincisi, 10 noyabr bəyanatında ikinci bir dəhlizin açılması nəzərdə tutulmayıb. Bu yolun açılması guya tərəflər arasında gərginliyi azaldıb, münasibətləri yumşaldacağını güman edənlər yanılırlar.

Ermənilər tələb və təhdidlə özlərinə rahat imkanlar yaradacaq, bizsə “yumşalma” ya ümid edəcəyik. Heç bizə Tərtər-Kəlbəcər yolundan, Ağdam-Şuşa yolundan istifadə etməyə imkan vermirlər, amma biz bu separatçılar üçün dövlət sərhədini açmalıyıq. Ölkədaxili yolla dövlət sərhədinin fərqi böyükdür. İstifadə etdikləri Laçın dəhlizindəki dövlət sərhədinə nəzarət edə bilmirik, hələ bir ikinci sərhədi də bunlara peşkəş edəcəyik.

Nə vaxt Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyar və Qarabağdakı silahlı qüvvələrini tamam çəkib çıxarar, o zaman sərhədin açılması barədə düşünmək olar. İndiki halda və indiki şərtlərdə mən hesab edirəm ki, Vardenis istiqamətində olan dövlət sərhədini tamam bağlayıb, bütün sərhəd boyunca hasar inşa etmək lazımdır. Hazırkı şərtlər bizimlə ermənilərin arasında keçilməz səddin olmasını tələb edir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar