Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman 2 saylı İstintaq Təcridxanasına baş çəkib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Qrupun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasına başçəkmə həyata keçirilib.

Ombudsman Aparatının Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanılan qadınların və yetkinlik yaşına çatmayanların saxlanma şəraitinin və onlarla rəftarın, hüquqlarının təmin edilməsi vəziyyətinin, həmçinin COVID-19 pandemiyasına qarşı görülən profilaktik işlərin öyrənilməsi olub.

Başçəkmə zamanı təcridxanadakı qadın və yetkinlik yaşına çatmayanların saxlanıldığı yerlərə baş çəkilib, mövcud şərait monitorinq edilib.

Qadınların saxlanıldığı bina ilə tanışlıq zamanı saxlanma şəraitinin daxili intizam qaydalarına, sanitar-gigiyenik qaydalara uyğun olduğu müşahidə edilib. Başçəkmə zamanı təqsirləndirilən qadınlardan birinin himayəsində azyaşlı körpəsinin olduğu nəzərə alınaraq əlavə təminat və uyğun şəraitlə təchiz edildiyi müəyyən edilib.

Yetkinlik yaşına çatmayanların saxlanıldığı kameralar yoxlanılıb, həmin şəxslərin saxlanma şəraitinin təkmilləşdirilməsinə ehtiyac olduğu müəyyən edilib.

Görüşlər zamanı Ombudsmanın səlahiyyətləri, İşgəncələrə qarşı Milli Preventiv Mexanizm mandatı, Ombudsmana müraciət etmək qaydaları, təqsirləndirilən şəxsin cinayət-prosessual qanunvericilikdən irəli gələn hüquqları barədə ətraflı məlumatlar verilib.

Saxlanma şəraitinin daha da təkmilləşdirilməsi, yetkinlik yaşına çatmayan şəxslərinin saxlanma şəraitinin yaxşılaşdırılması, o cümlədən saxlanılan şəxslərin və müəssisədə çalışan əməkdaşların COVID-19 infeksiyasına yoluxmasının qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının təlimatlarına və Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına uyğun tədbirlərin davam etdirilməsi tövsiyə edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar