Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərbaycanın İrəvandakı nümayəndəliyi..." - Babayan hiddətləndi

“Nikol Paşinyan parlamentin tribunasından çıxış edərək, müxalifətin fəaliyyətinin əsirlərin geri qaytarılması prosesinə zərər verdiyini bəyan edir, o, bununla sadəcə yalan danışır”.

PİA.az xəbər verir ki, bunu Ermənistanın “Vətən” partiyasının rəsmisi Arsen Babayan deyib.

Babayan Ermənistan baş nazirinin öz uğursuzluğunu müxalifətin adına yazmağa çalışdığını bildirib:

“Bel çantaları” (Paşinyan tərəfdarları - red.) belə bir yalan danışdıqdan sonra xalqın onları qoruyacağını düşünürsə, o zaman bu cəmiyyəti təhqir edirlər. Çünki bir nəfər də 44 gün yalan danışan bu insana inana və ya etibar edə bilməz”.

Siyasətçi Ermənistan hakimiyyətini Azərbaycanın maraqlarına xidmət etməkdə ittiham edib: “Ermənistanın mövcud hökuməti Azərbaycanın İrəvandakı nümayəndəliyidir”.

Babayan baş verənlərə baxmayarq, Paşinyanın istafa vermək niyyətində olmadığı, əksinə cidd-cəhdlə qarşıdakı seçkilərə hazırlaşdığını söyləyib:

“Aydındır ki, seçkiləri təşkil edərkən güclərini qorumaq üçün son dərəcə cinayətkar addımlara əl atacaqlar. Mütləq belə olacaq. Paşinyan hakimiyyətdən getməli idi, amma bu baş vermir. Amma cinayət işi çərçivəsində prokurorluq istintaqa başlamalı və Paşinyanı həbs etməlidir”. (Teleqraf)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar