Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oqtay Əsədovun həyat yoldaşının Moskvadakı qalmaqallı “Kapriz”i əsaslı təmir olunub - Foto

Milli Məclisin sabiq sədri Oqtay Əsədovun Moskvanın Tcaritsıno metrosu yaxınlığında (Bakinskaya küçəsi 29) həyat yoldaşına məxsus məşhur “Kapriz” sauna-barı ötən bir il müddətində əsaslı təmir olunduqdan sonra bu günlərdə müstərilərinə xidmət göstərməyə başlayıb.

PİA.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Jurnalistin sözlərinə görə, deputatın həyat yoldaşına məxsus sauna barının daxili interyeri tamamilə dəyişdirilib:

“Kapital restavrasiyadan çıxmış istirahət mərkəzi ötən günlərdə yeni qiymətlərlə qapılarını yenidən müştərilərinin üzünə açıb.

Təmir zamanı istirahət zonası və hovuzun daxili dizaynında bahalı və eksklüziv materiallardan istifadə edilib. Keçmiş spiker saunaya təbii dəri ilə işlənmiş rahat yumşaq mebellər sifariş edib. Zolaq podiumda striptiz üçün yeni dirək quraşdırılıb. Ziyafət salonu güzgülər və təbii ağaclarla bəzədilib. Saunanın aquazonasında led işıqlandırmadan istifadə olunub.

Qiymətlərə gəlincə, saatı 20-25 dollar təşkil edir.

“Kapriz” Milli Məclisin sabiq sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova Adil qızının adına rəsmiləşdirilib. Klubun təsisçisi olan “Arizarum Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi də Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovadır”.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar