Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cərimələr silinir, plyonkaya icazə verilir

“İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklər müsbət addımdır. Biz neçə ildir ki, bu barədə təklif irəli sürür, Avropa təcrübəsini nümunə göstərirdik. Nəhayət ki, bununla bağlı mükəmməl layihə hazırlandı. Yaxın vaxtlarda Milli Məclisdə layihənin qəbulu gözlənilir”.

Bunu İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliyi şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, bu dəyişikliklərə böyük ehtiyac var idi:

“Daha çox avtoxuliqanlıqla bağlı məsələ narahatlıq doğururdu. Əvvəlki qanunvericilikdə onun təsnifatı tam aydın deyildi. Lakin yeni layihədə bu məsələ həllini tapdı.

Bundan başqa qanunsuz parklama ilə bağlı dəyişiklik var ki, buna əsasən sürücülər qanunsuz parklamaya görə gündə 1 dəfə cərimə oluna bilər. Hesab edirəm ki, bundan hansısa sürücülər sui-istifadə edə bilər. Bunun necə tənzimlənəcəyi narahatlıq doğurur.

Digər bir məsələ isə cərimələrin ödənilməməsinin vaxtı ilə bağlıdır. Hesab edirəm ki, 5 il ərzində ödənilməyən cərimələrin silinməsi heç nəyi dəyişməyəcək. Çünki bu müddət ərzində sürücülər bir neçə dəfə yol polisi tərəfindən saxlanılır və cərimənin ödənilməsi tələb edilir. Həmçinin texniki baxış, sürücülük vəsiqəsinin dəyişdirilməsi, avtomobilin birinin adından digərinə keçirilməsi və s. hallar var ki, bu müddətdə sürücülər onsuz da cərimələri ödəmiş olacaq. Nadir hallarda, məsələn, sahibi xaricdə olan və avtomobili qarajda qalan şəxs ola bilər ki, onun cərimələri 5 il ərzində ödənilməsin.

Ümumilikdə isə sürücülərin məlumatlandırılması, yəni elektron qaydada aşkar edilən xətalar barədə bildirişin sürücülərə SMS vasitəsilə və ya elekton kabinetə göndərilməsi, sürücülərin avtomobilə aid sənədləri üzərində daşıması tələbinin aradan qaldırılması və s. məsələlər müsbət haldır.

Yeni dəyişikliklə pərdə və şüşələrin tündləşdirilməsi ilə bağlı problemlər də aradan qalxır. Artıq sürücülər arxa şüşələri tündləşdirə və pərdələrdən istifadə edə bilərlər”. (Axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar