Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“S & P Global Ratings” Azərbaycanın reytinqlərinə dair proqnozu artırdı

“S & P Global Ratings” Beynəlxalq Agentliyi Azərbaycanın reytinqlərinə dair proqnozunu “mənfi”dən “sabit”ədək artırıb, eyni zamanda, xarici, yerli valyutada olan uzun və qısamüddətli suveren kredit reytinqlərini “BB+ / B” səviyyəsində saxlayıb.

PİA.az xəbər verir ki, agentliyin hesabatına görə, proqnozlarda Azərbaycan, ErmənistanRusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış birgə bəyanatın həyata keçiriləcəyinə, bununla da təhlükəsizlik, maliyyə sektoru, tədiyyə balansı ilə bağlı risqlərinin azalacağına dair gözləntilər əks olunur.

Bundan əlavə, qarşıdakı 12 ay ərzində iqtisadiyyatın dirçəlməsi və karbohidrogenlərin nisbətən bahalaşması nəticəsində Azərbaycanın maliyyə və beynəlxalq mövqelərinin əhəmiyyətli dərəcədə pisləşməyəcəyi qənaəti də bu proqnozlarda ifadəsini tapıb.

Hesabata əsasən, ölkə reytinqinin daha da artırılması üçün xarici ticarət balansının profisiti gözləntilərdən artıq olması, yaxud ölkədə pul-kredit siyasətini daha səmərəli hala gətirmək, bank sektorunu gücləndirmək üçün hökumətin bir sıra struktur islahatları həyata keçirməsi zəruridir.

Hesabatda deyilir: “Ermənistanla münaqişə üzündən Azərbaycanın kredit zərfi üçün əhəmiyyətli maliyyə və iqtisadi risqlər çıxacağını gözləmirik. Geosiyasi qeyri-müəyyənliyin artmasına baxmayaraq, əhali öz əmanətlərini nə xarici valyutaya çevirdi, nə də banklardan çəkib götürdü. COVID-19 üzündən karbohidrogenlərin ucuzlaşmasına və iqtisadiyyatın tənəzzülünə baxmayaraq, “BB” dərəcəsində qiymətləndirdiyimiz dövlətlər arasında Azərbaycan büdcə və xarici fond mövqeləri baxımdan ən güclülər arasında qalır. 2021-2024-cü illərdə ÜDM-nin 74 faizi səviyyəsində dəyərləndirdiyimiz iri dövlət likvidlik aktivləri bundan sonra da ölkəni iqtisadi və maliyyə sarsıntılarından qoruyacaq. Neftin qiyməti və hasilatına dair ehtimallarımıza, həmçinin Azərbaycanın OPEC+ çərçivəsində hasilatın ixtisarına dair razılaşmada iştirak etməsinə əsaslanaraq həm xarici, həm də daxili büdcə mədaxilinin artacağını güman edirik. Dağlıq Qarabağda işğaldan azad edilmiş ərazilərin bərpasına dair hökumətin gördüyü tədbirlərin də idxalat hesabına vergi və xarici maliyyə axınlarına təsirinin əhəmiyyətli olmayacağı qənaətindəyik”. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar