Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaos dönəminə girərkən Türkiyənin üstünlüyü və Amerikanın problemləri...

Azadlıqlar diyarı hesab edilən, demokratiya ixrac edən bir ölkə kimi qəbul edilən və dünyanın yeganə supergücü olan Amerikadakı son mənzərə olduqca ironiyalıdır. Amerika artıq öz imicindən çox-çox uzaqdadır...

Hasan Öztürk
“Yeni Şafak” qəzeti, Türkiyə, 22 yanvar 2021-ci il

Üçüncü Obama dövrü rəsmi olaraq başlayıb. Bayden və komandasının Obama dövründən olması və o dövrə qayıtmaq istəmələri “Üçüncü Obama dövrünə qayıdış” kimi qiymətləndirilir.

Baydenin Dövlət Katibinin Türkiyə üçün “sözdə müttəfiq” deməsi və Obamanın Suriya üzrə xüsusi nümayəndəsinin (PYD/YPG-PKK-nın himayədarı) həm də Afrika üzrə vəzifələndirilməsi olduqca maraqlıdır. Baydenin həm seçildikdən dərhal sonra verdiyi açıqlamaya, həm də andiçmə mərasimində söylədiyi nitqə fikir versək, onun Obama dövrünü yenidən canlandırmaq istədiyini görərik.

Bəs bunu bacara bilərmi? Olduqca çətin məsələdir. Çünki Amerika xəyalı kabusa çevrilmək üzrədir. Son bir aydır bunun işarələrini görürük. Azadlıqlar diyarı hesab edilən, demokratiya ixrac edən bir ölkə kimi qəbul edilən və dünyanın yeganə supergücü olan Amerikadakı son mənzərə olduqca ironiyalıdır.

Amerika artıq öz imicindən çox-çox uzaqdadır. Konqres “talançılar” tərəfindən işğal edilib, paytaxt küçələrində etiraz səsləri yüksəlib. Həmçinin, fərdi silahlanma öz zirvəsinə çatarkən Vaşinqtonda andiçmə mərasimi də qeyri-adi şəkildə gərgin keçib.

Həmin anlarda başqa ştatlardakı hökumət binaları qarşısında da silahlı insanlar tərəfindən etiraz aksiyaları keçirilmişdi.

Tramp dövrü Türkiyə üçün zaman qazanmaq dönəmi oldu

11 sentyabr 2001-ci ildə Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə edilən hücumdan sonra üzünü radikal bir şəkildə xaricə tutan, Əfqanıstanı, İraqı işğal edən, “Ərəb Bahar”ı ilə Yaxın Şərqi alt-üst edən, Suriyanın şimalında terror dəhlizi yaratmaq üçün PYD/YPG-PKK ilə müttəfiqlik edən Amerika Tramp ilə öz içinə geri qayıtmışdı.

Tramp dövrü Amerika tarixi baxımından önəmlidir və Türkiyə isə “zaman qazanmaq” dönəmi kimi başa düşülməlidir.

Yəni Tramp Amerikanın orta təbəqəsinin problemlərini həll etmək üçün içəri qayıtdı. Qloballaşmaya qarşı müharibə elan etdi. Amerikanın sonsuz müharibələrdən çəkiləcəyini və Amerika əsgərlərinin evlərinə dönəcəyini bildirdi.

Bu dönəmdə Türkiyə ABŞ-ın bölgə üçün 1990-cı illərdən bəri tətbiq etdiyi uzun müddətli strateji planların ən azından onu maraqlandıran hissəsinə mane olmaq üçün zaman qazandı.

Suriyanın şimalındakı terror dəhlizinə müdaxilə edərək ABŞ-ın birbaşa himayəsi altında olan kürd terrorunun onurğasını qırdı. Müdafiə sənayesində fövqəladə addımlar atdı. PUA-larla birlikdə müdafiə qalxanları, “Atak” kimi hücum helikopterləri və “MİLGEM” ilə Dəniz Qüvvələri üçün gəmilər istehsal etdi. Tank da öz növbəsini gözləyir. F-16-lariı döyüş sursatlarını daşıya bilən və bombardman edə bilən PUA-lar orduya çatdırılacağı günü gözləyirlər.

Amerikanın bölgə üçün uzunmüddətli strateji hədəfi “parçalanmış və kiçik dövlətlərdən ibarət olan bir Yaxın Şərq”dir. İndi də Amerikanın bu hədəfdən uzaqlaşdığını deyə bilmərik. Biz yalnız Tramp dövrünü bir istisna kimi düşünə bilərik.

Baydenin qurduğu komanda və istifadə etdiyi ritorika ilə bu hədəfdən imtina etmədiyini görürük.

Beləliklə, Bayden dönəmində Türkiyənin Amerika ilə münasibətlərinin çətin bir mübarizə ilə keçəcəyini desək, şişirtmiş olmarıq. Çünki vəziyyət buna işarə edir.

Baydenin ritorikası və kadrları onu göstərir ki, Türkiyəyə və bölgəyə aid edilən planlarda heç bir dəyişiklik yoxdur. Ancaq bu planı həyata keçirərkən iki vacib amilə görə çətinlik çəkəcəklər.

Nə Amerika 90-cı illərin Amerikasıdır, nə də Türkiyə

Birincisi, Amerika artıq 90-cı illərin Amerikası kimi deyil. Bunu bilən Bayden andiçmə mərasimindəki çıxışında davamlı olaraq “birliyə” çağırış etdi. Amerika xalqından, millətindən danışdı. Daxildəki ittifaqdan söz açdı. Trampa səs verənlərin də prezidenti olacağına söz verdi.

Əslində isə Amerikanın dağılmış vəziyyətini elan etdi.

İkinci faktor isə əlbəttə ki, Türkiyənin artıq 90-cı illərdəki Türkiyə olmamasıdır.

Türkiyə, xüsusilə Amerika ilə 1945-ci ildə sonra qurduğu “asılı münasibətlər”dən əl çəkdi. Daxildəki bəzi dairələr də Bayden dövrü ilə birlikdə Türkiyədəki siyasi mühitin formalaşacağını gözləyirlər.

Bayden seçki dövründə müxalifəti dəstəkləyərək Ərdoğanı devirməkdən bəhs edərkən, həmin çıxışında “çevrilişlə olmaz” deyə bir cümlə də qurmuşdu.

Ona görə də, yəqin ki, müxalifət Baydenin seçilməsinə çox sevindi.

Ancaq 6 yanvar 2021-ci ildə Amerikanın paytaxtı Vaşinqtonda Konqres binasından gələn o “basqın” görüntüsü onları oyatmasa da, ertəsi gün Amerika əsgərləri tərəfindən doldurulmuş Konqres binasından gələn faciəvi görüntülər, yəqin ki, onları oyatdı.

Amerikanı heç düşünmədiyi qədər çətin bir dövr gözləyir. Daxildəki parçalanma, bəlkə də, konfederalizmə çevrilə bilməz, ancaq federal Amerikada mərkəzdənqaçmanın gəlməsi də artıq müzakirə olunur.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Bayden ABŞ Obama

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar