Sosial şəbəkələrdə və bəzi saytlarda Aynur İmamverdi qızı Fərzəliyevanın Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini təyin olunması ilə bağlı məlumatlar yayılıb.
Şirvan Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən PİA.az-a bildirilib ki, hazırda Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə kadr təyinatı olunmayıb.
Sosial şəbəkə istifadəçilərindən əsassız və qeyri-obyektiv məlumatların yayılmamasını və Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmi saytına istinad olunmasını xahiş edirik.
pia.az