Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin hakim partiya rəsmisi: “Co Bayden kürddür”

Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının üzvü, keçmiş millət vəkili, hazırda partiyanın Mərkəzi İcraiyyə Komitəsinin üzvü olan Orxan Miroğlu ABŞ prezidenti Co Baydenlə bağlı maraqlı iddia ortaya atıb.

Yerli “Hürriyət” qəzetinin məlumatına əsasən, Orxan Miroğlu Birləşmiş Ştatların dövlət başçısı Co Baydenin kürd olduğunu söyləyib.

“Doğrudur bu informasiyanın ciddiliyinə inanmaq çətindir. Amma mənim bir dostum Co Baydenin kürd əsilli olduğunu dedi. Üstəlik onun əsl adı Simoy Bahəddin Ağa olub, özü də Buruki aşirətindən (tayfa-red.) imiş. Co Baydenin ailəsi isə vaxtilə İrəvandan ABŞ-a köçüb”,-deyə o bildirib.

Qeyd edək ki, Orxan Miroğlu bu iddiasını “tvitter” hesabından yayıb. AKP-li siyasətçinin tviti böyük marağa, hətta məsxərəyə səbəb olub.
Çünki məlum olduğu kimi III Co Bayden Pensilvaniya ştatının Skrenton şəhərində irland əsilli ailədə dünyaya gəlib.

Sonradan Orxan Miroğlu niyə belə bir tvit atdığına aydınlıq gətirib. Onun sözlərinə görə, burada əsas məqsəd kürdləri Co Baydenə əbəs yerə ümid bəsləməkdən çəkindirməkmiş. O bildirib: “Əvvəllər “Obama gələcək, dərdlər bitəcək” deyilirdi. Amma sonradan nə olduğu bilinir. İndi də Bayden haqqında “kürdlər və Yaxın Şərqlə bağlı mühüm addımlar atacaq” deyirlər. Mən ona görə belə bir cümlə yazdım. Ona qalsa hətta Elvis Preslini də “midiyalı kürd” çıxarmışdılar”.

Qeyd edək ki, Co Baydenin həqiqətən kürd qrupları ilə sıx əlaqələri var. 2003-cü ildə o, Ərbildə Bərzaninin liderliyindəki muxtar vilayətin parlamentində çıxışında belə bir cümlə ilə yadda qalmışdı: “Dağlar kürdlərin yeganə dostu deyil”.(musavat.com)

pia.az 


Etiket: Bayden


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar