Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Donald Trampdan intiqam almaq niyyətindədir

İranın dini lideri ayətullah Əli Xamenei "Twitter" hesabında paylaşdığı bir şəkil ilə ABŞ-ın keçmiş prezidenti Donald Trampı hədələyib.

PİA.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, paylaşımda Donald Trampa bənzər bir qolfçu pilotsuz uçuş aparatı (PUA) ilə hədəf alınmış şəkildə göstərilib.

Xameneinin Trampı təhdid edən paylaşımında ABŞ PUA-sından endirilən zərbə zamanı ölən İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymaninin intiqamının alınacağı vurğulanıb.

Bu paylaşımdan sonra "Twitter" qaydaların pozulduğunu əsas gətirərək Xameneinin hesabını dayandırıb.

"Twitter" daha əvvəl Trampın hesabını şiddətə təhrik etmə riski səbəbindən bağlamışdı.

Xatırladaq ki, 2020-ci il yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülmüşdü. İran Ali dini lideri Əli Xamaneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan etmişdi.

pia.az 


Etiket: Tramp


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar