Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bir millət, iki dövlət"in rəmzi olacaq memorial abidə təqdim olundu” -Video

Novator memar Muxtar Ərturanın “Vətən müharibəsi memorial kompleksi” və “Zəfər Muzeyi” layihələrinin konsepsiyasının təqdimatı keçirilib.

Vətən Müharibəsi Memorial Kompleksinin konsepsiyasının ə “Zəfər Muzeyi” layihələrinin təqdimat mərasimi keçirilib. "Report" xəbər verir ki, “İstiqlal Zirvəsi” adlanan layihənin konsepsiyasını memar Muxtar Ərturan hazırlayıb.

Novator Muxtar Ərturan deyib ki, Azərbaycanlı memar və türkiyəli mühəndislər tərəfindən qarşılıqlı dostluğun, "bir millət, iki dövlət"in rəmzi olacaq memorial abidə dünyada ilk olacaq. Bu Azərbaycan və Türkiyə mühəndislərinin birgə əməyidir. Nəinki səngərdə, döyuşdə, iqtisadi və ticari əlaqələrdə həmçinin memarlıq sahəsində də bir nümunə olaraq bu “Zəfər Muzeyi” gələcək nəsilə dostluğunun, qardaşlığın və birliyin, rəmzi kimi qalacaqdır. Bu, həm də memarlıq sahəsində iki dövlətin memarlarının və mühəndislərinin bir töhfəsidir”.

Milli atributlarımız olan aypara və səkkizguşəli ulduz şəkilində, ultramüasir, çoxmərtəbəli kompleksin iki girişi olacaq. Hilal formasında olan abidənin teleqüllənin qərb hissəsində inşası nəzərdə tutulub. Kompleksi eyni anda 350-500 nəfərin ziyarəti mümkün olacaq.

 

Memorialın birinci mərtəbəsinin atrium hissəsində dairəvi Turan Birliyini əks etdirən gerb Azərbaycan bayrağının üçrəngli simvolları ilə əhatə olunacaq. Bu simvolların üzərində Vətən müharibəsi şəhidlərinin adları fosfor tərkibli nano boya ilə yazılacaq. Yazılar öz növbəsində “ULTRA NEON Conspiracy Hologram” işıqları sayəsində işıqlandırılacaq. Simvolik gerbin üzərində hündürlüyü 30 metr olan “Stace Performance Hologram” silindr nəzərdə tutulur. Bu silindr daxilində ulu öndər Heydər Əliyev, prezidentlər İlham Əliyev və Rəcəb Təyyub Ərdoğanın 7D formatında holloqrafik təsvirləri onların seçmə çıxış nitqləri ilə müşayiət olunacaq və hər epizoddan sonra 7D formatında "Odlar yurdu"nun simvolunu əks etdirən, eyni zamanda şəhidlərimizin əbədi xatirəsinə holloqrafik məşəl (BİO) yanacaq.

Konsepsiyaya əsasən, memorial kompleksin tərkibində “Soyqırımı” adlanan otaqlar da olacaq. Burada 3D holoqram və dizaynlardan istifadə olunaraq 7D sinema muzeyi formatında “20 Yanvar”, “Xocalı” faciəsinin ən dəhşətli görüntüləri son texnologiyalardan istifadə edilməklə vizual qrafika vasitəsilə nümayiş olunacaq. Ziyarətçilər bu zallara xüsusi hərəkətli horizontal eskalatorlar vasitəsilə daxil olacaq. Hərəkətli eskalatorlar üzərində olan insanlar bir dəqiqə ərzində zaldan keçərək müasir “AR” texnologiyası sayəsində Xocalı faciəsini, 20 Yanvar qətliamını canlı olaraq izləyəcəklər.

Gələcəkdə “8 Noyabr” Zəfər marşı ilə hərbi zirehli texnikaların paradı üçün kompleksin landşaftının dairəvi formada olması nəzərdə tutulub.

Abidədə hündürlüyü 30 metr olmaqla dünyanın ən hündür “3D AR Vol Techno“ holoqramlı əbədi məşəlinin yerləşdirilməsi nəzərdə tutulur.

Konsepsiyada ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi Mərkəzi, Turan Birliyi Mərkəzi, Hərbi Sənaye Mərkəzi, 7D Sinema Zəfər Muzeyi, smart muzey, müstəqillik tariximizi və istiqlal tariximizi əks etdirən smart kitabxana, səsli və vizual görüntülərlə təchiz olunmuş müasir dünya tələblərini özündə əks etdirən rəqəmsal video-foto qalereyanın qurulması da nəzərdə tutulur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar