Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman azərbaycanlı əsir və girovlarla bağlı hesabatı beynəlxalq təşkilatlara göndərib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva müvafiq beynəlxalq təşilatlara 27 sentyabr 2020-ci il tarixindən başlayan hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları, həmçinin 2014-cü ildən Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslərlə rəftara dair hesabat ünvanlayıb.

Ombudsman Aparatından verilən məlumata görə, hesabatda bildirilib: “Məlum olduğu kimi, ErmənistanAzərbaycan arasında dekabrın 14-dən başlayaraq hərbi əsir, eyni zamanda girovların dəyişdirilməsi prosesi başlanıb. Ombudsman Səbinə Əliyevanın geri qaytarılan hərbi əsir və girovlarımıza baş çəkərkən apardığı fərdi söhbətlər zamanı onlar Ermənistanda məruz qaldıqları işgəncə və qeyri-insani rəftar halları barədə məlumat veriblər. Hesabatın hazırlanması zamanı həmin əsir və girovların ifadələri, sosial şəbəkələrdə yayılmış materiallar və əldə edilmiş digər faktlardan istifadə edilib".

Hesabatda Ermənistan tərəfindən əsirlik və girovluqda saxlandıqları müddət ərzində azərbaycanlılara qarşı işgəncə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar halları sübutlarla təqdim olunub.

Eyni zamanda, Azərbaycanda saxlanılan erməni hərbi əsirlərə qarşı münasibət və onların hüquqlarının təmini vəziyyətinin Azərbaycan Ombudsmanı tərəfindən monitorinq edildiyi də diqqətə çatdırılıb.

Yekunda Ermənistan hərbi-siyasi rəhbərliyinin beynəlxalq humanitar hüquq normaları, xüsusən Cenevrə Konvensiyalarının müddəalarını kobud şəkildə pozmaqla törətdiyi cinayətlərlə bağlı müvafiq beynəlxalq qurumlara çağırış edilib və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması tələb olunub.

Qeyd olunmalıdır ki, 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Ermənistanın Azərbaycanda mülki əhali və obyektləri hədəfə alan hücumları ilə bağlı Azərbaycan Ombudsmanı tərəfindən beynəlxalq təşkilatlara ümumilikdə 8 hesabat, 8 bəyanat və videomüraciətlər də daxil olmaqla 14 müraciət ünvanlanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar