Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Faizlərin ümidinə qalan həkimlərin olmayan hüquqları

Ölkədə ofisiantlar və satıcılardan sonra əmək hüquqları pozulan peşə sahiblərindən biri də həkimlərdir.

Bir qayda olaraq özəl tibb müəssisələrində həkimlərlə əmək müqavilələri bağlanılmır. Yaxud əmək müqavilələri əvəzinə xidmət müqavilələri bağlanır ki, bu da qanunvericiliyə ziddir. Və ya ən yaxşı halda faiz prinsipi əsasında əmək müqaviləsi bağlanır. Bu isə yenə də qanunvericiliyin kobud şəkildə pozulmasıdır.

Belə ki, həkimlə əmək müqaviləsi bağlanılsa da, qəbul etdiyi xəstələrdən alınan xidmət haqlarının müəyyən faizləri həkimlərə ödənilir. Bu zaman xəstə sayı az olsa, həkimə minimum əmək haqqından da az pul ödənilir. Halbuki "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası qanunun 55-ci maddəsinə əsasən tibb işçilərinin əməyin mühafizəsi tələblərinə uyğun olaraq onların fəaliyyəti üçün iş şəraitinin təmin edilməsi və əmək müqaviləsi üzrə fəaliyyət göstərmək hüquqları vardır.

Belə bir hüquqsuz vəziyyətdə:

1) həkimlər sabit əmək haqqları almırlar.

Adıçəkilən qanunun 56-cı maddəsinə əsasən tibb işçilərinin əmək haqqı onların ixtisas dərəcəsinə, stajına və yerinə yetirdikləri vəzifələrə uyğun olaraq ödənilir və bu, əmək müqaviləsində (kontraktda) nəzərdə tutulur.

2) əmək müqaviləsi olmadığı halda həkimlər fəaliyyət göstərdikləri klinikadan istənilən vaxt heç bir əsaslı səbəb olmadan və müavinət ödənilmədən bayıra atıla bilər.

3) əmək müqaviləsi olmadığı halda həkimlər normal şəkildə illik ödənişli məzuniyyət hüquqlarından istifadə edə bilmirlər.

4) əmək müqaviləsi olmadığı halda klinika həkimlərin əmək şəraitinin, məsələn iş otaqları və tibbi alətlərlə təmin edilməsi öhdəliyini daşımır.

5) əmək müqaviləsi olmadığı halda həkimlər növbəti sertifikasiyadan keçə bilmirlər.

6) əmək şəraitləri təhlükəli, zərərli amillərlə bağlı olan həkimlər əlavə kompensasiya ala bilmirlər. Adıçəkilən qanunun 56-cı maddəsinə əsasən həkimlərin əmək şəraitləri təhlükəli, zərərli amillərlə bağlı olduqda onlar vəzifə maaşlarına əlavə olaraq kompensasiya almaq, eləcə də qanunvericilikdə müəyyən edilmiş digər güzəştlərdən istifadə etmək hüququna malikdirlər.

7) əmək müqaviləsi olmadığı halda həkimlər əmək funksiyalarının icrası zamanı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından siğortalana bilmirlər.

Belə bir hüquqsuzluq şəraitində həkimlər çox acınacaqlı duruma düşüblər. Ona görə də orta statistik Azərbaycan həkimi özəl klinika şəraitində normal aylıq gəlirlərə sahib olmaq üçün ən azı 10 il işləməli, sabit sayda müştəri bazası yığmalı və məşhurlaşmalıdır. Əlbəttə ki, belə bir səviyyəyə hər həkim çata bilmir.

Normal güzərana çatmaq üçün bir həkim illərlə normal əmək şəraiti, sabit əmək haqqı və iş yeri olmadan özəl klinikaları dolaşır, eyni zamanda bir neçə klinikada fəaliyyət göstərir, dərman firmaları ilə əlbir işləmək kimi könülsüz əməkdaşlığa razı olur və ayın sonunda klinikadan nə qədər faiz alacağını gözləyir.

Əmək hüquqlarının qorunması sahəsində səlahiyyətli orqan olan Dövlət Əmək Müfəttişliyi həkimlərin hüquqlarının müdafiə etmək üçün demək olar ki, heç bir tədbir görmür.

Vamiq Şükürov - vəkil

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar