Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Emin Milli və Georgi Vanyan Azərbaycanla Ermənistan arasındakı gələcək münasibətlərdən yazdı

ABŞ-ın məşhur "İnternational Business Times” saytında "ErmənistanAzərbaycan: Uzlaşma nöqtəsi” adlı məqalə dərc olunub.

Qafqaz Sülh Təşəbbüsləri Mərkəzinin sədri Georgi Vanyan və Azərbaycanın müstəqil media qurumlarından biri olan Meydan TV-nin qurucusu və keçmiş direktoru Emin Millinin birgə müəllifi olduğu yazıda ErmənistanAzərbaycan xalqı arasında münasibətlərin yoluna düşməsinə iqtisadi faktorların müsbət təsir edəcəyindən bəhs edilib.

Sözügedən məqaləni təqdim edirik:

Co Baydenin gəlişi və ABŞ-ın Cənubi Qafqaz siyasəti

ErmənistanAzərbaycan arasındakı son münaqişədə Qərbin diplomatik rolu nəzərə çarpmadı. Noyabr ayında atəşkəsdən sonra hər iki ölkənin liderləri arasında ilk danışıqlar Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə baş tutdu.

ABŞ-ın yeni prezidenti Co Bayden, Tramp administrasiyasının münaqişə dövründəki passivliyini ört-basdır edərək durumu dəyişdirmək qərarına gəlib. Bəziləri Amerikanın Cənubi Qafqazdan coğrafi uzaqlığını nəzərə alaraq, bunun niyə lazım olduğunu soruşa bilər. Bəlkə Rusiyanın sülh cəhdlərinə rəhbərlik etməsindən məmnun olmağına görə?

NATO-nun bölgədəki iştirakını və bu səylər uğursuz olarsa - Avropa ilə Yaxın Şərqin kəsişməsindəki regional alovlanma riski nəzərə alınmaqla - ABŞ hadisələrin baş verməsinə icazə verə bilməz. Son danışıqlardakı məhdud irəliləyişi nəzərə aldıqda atəşkəs kövrək olaraq qalacaq, çünki davamlı qalıcı sülhün təməli olan icmalar arasında barışığı təmin etməyəcək. Əksinə, ölkələr, xalqlar və Qərb ölkələri arasında qarşılıqlı iqtisadi əlaqə bunu vəd edir.

Tarix bizə göstərdi ki, sülh dividentləri ilə bağlı mübahisələr millətçi ritorikanın duyğularına uyğun gəlmir. Təmas qurmaq üçün mübadilə mexanizminin tətbiqi ilə ermənilərlə azərbaycanlılar arasında barışığı təmin etmək faydalı ola bilər. Lakin əvvəlcə həll edilməli məsələ əlaqə çatışmazlığıdır.

Ticarət edən azərbaycanlılar və ermənilər milliyyətçilərin canlı təkzibidir

Əvvəllər qonşu kimi yaşayan cəmiyyətlər indi bir-birləri haqqında heç nə bilmirlər. 1990-cı illərdəki Dağlıq Qarabağ münaqişəsi zamanı təxminən bir milyon azərbaycanlı qaçqın oldu. Bundan əlavə, azərbaycanlılar Ermənistandan və ermənilər Azərbaycandan qaçdılar. Yüz minlərlə azərbaycanlı Qarabağı tərk etmək məcburiyyətində qaldı. Arada keçilməz sərhəd yarandı. Qorxu və bir-birinə qarşı inamsız münasibət artdı.

Milli kimlik məsələsi müzakirə mövzusu olmasa da, ticari mövzular, eləcə də pomidorun qiyməti asan bir başlanğıc nöqtəsi ola bilər. Aradakı buzların əriməsinə başlamaq üçün hansısa səviyyədə bir əlaqə qurulmalı; güvənin bərpası üçün digərinin varlığından duyulan narahatlıq aradan qaldırılmalıdır. Milliyyətçilərin uyğunsuzluq mövzusunda sərt fikirlər səsləndirdiyi yerlərdə ticarət edən azərbaycanlılar və ermənilər bunun canlı təkzibidir.

Ancaq bunun üçün yenidən birlikdə yaşamaq lazımdır. Son münaqişə, 1990-cı illərdəki hadisələri faciəvi şəkildə əks etdirərək bir çox erməninin Qarabağdan qaçmasına səbəb olub. Onların da azərbaycanlılar kimi iqtisadi təşviqlər yolu ilə (vergi güzəştləri, biznes qrantları və ya subsdiyalar) geri qayıtmaları təmin edilməlidir. Bu əvvəlcə bir çoxları üçün yetərli olmayacaq: münaqişənin yaraları hələ sağalmayıb. Bununla birlikdə, barışığın başlaması üçün lazım olan ilk addımlar atıldıqda, digərləri də onların yaşayış şərtlərinin yaxşı olduğunu görüb yenidən Qarabağa qayıtmaq istəyəcəklər.

Əlavə əhatə dairəsi tərəfdaşlığı fəal şəkildə təşviq edən təşəbbüslərdən əldə edilə bilər. Məsələn, birgə iş qurmaq üçün azərbaycanlılarla ermənilər arasındakı birgə müəssisələrə "toxum" pulu verilə bilər. Birlikdə həyata keçirilən bu cür ortaq planlar gələcəkdə nələr olduğunu göstərə bilər.

Müzakirə olunan sülh razılaşmasının son detallarının başlanmasını gözləməyə ehtiyac yoxdur. Əslində, sülhün faydaları nə qədər uzanarsa, bir o qədər təhlükəlidir. Əksinə, maddi iqtisadi inkişaf insanlara siyasi uzlaşmanı dəstəkləməkdə maraqlı ola bilər və hökumətlərin öz daxili auditoriyalarına satışını asanlaşdırar. İqtisadiyyat heç vaxt sülh üçün yetərli olmasa da, bu, həll yolundakı prosesləri gücləndirə bilər.

Bu, eyni zamanda, iki xalq arasındakı münasibətlərin tədricən yenidən normallaşmasına zəmin yaradır. Fransa və Almaniyanın II Dünya Müharibəsindən sonra Avropa Kömür və Polad Birliyinin yaradılması ilə nümayiş etdirdikləri həmrəylik və iqtisadi ittifaq bunun bariz nümunəsidir. Odur ki, məntiqi davranmaq hər iki tərəfə stimul verməlidir: Qlobal bazarda inteqrasiyanı dərinləşdirmək, ən yaxın qonşunu görməzdən gəlmək mənasızdır.

"İtirilməyən variant”

Qərb özünü kənar hiss etsə də, bu cür təşəbbüsləri təşviq etmək üçün yumşaq güc alətlərini tətbiq edə bilər. Bundan əlavə, hökumətlər təcili iş yerləri və fürsət üçün bir platforma təmin etməklə sülhü möhkəmləndirməyə kömək edəcək infrastrukturun yenidən qurulması üçün zəruri investisiyaların gətirilməsi məqsədilə özəl sənayenin qapısını aça bilər.

Şübhəsiz ki, bunların çoxu dünyanın iki aparıcı vasitəçisi - Türkiyə və Rusiya ilə birlikdə baş verməli olacaq. Qərbdə bəziləri bu perspektivi bəyənməsə də, sabitlik bizim hədəfimizdirsə, vəziyyət bunu tələb edir. Bayden İranla nüvə anlaşmasına Moskva ilə yenidən qoşulmaq və ABŞ-Rusiya anlaşmasını yeniləmək öhdəliyi alaraq bu uzlaşmalarla barışmış kimi görünür.

Ona görə də indi fürsətdən istifadə etmək lazımdır. İqtisadi mübadiləyə əsaslanan barışıq, ErmənistanAzərbaycan arasında davamlı sülhün təmin edilməsində əsas vasitədir. Eyni zamanda, bu, Qərbə təsirini bərpa etmək və bölgədəki hadisələri formalaşdırmaq imkanı verir.
İqtisadi jarqonda bu, "itirilməyən variant”dır. Tərcümə(sfera.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar