Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu murdar dəstəni Ramiz Mehdiyev-Əli Həsənov üstümə qısqırtmışdı” – Aslan İsmayılov

“Reket jurnalistlərin murdarlıqlarını, həyasızlıqlarını, şərəfsizliklərini 4 ildir ki, öz üzərimdə daim görürəm. Tam səmimi deyirəm, qanuni yolla heç nə edə bilmədiyimdən dəfələrlə bu murdarların cavablarını layiq olduqları kimi verməyi özüm dəfələrlə düşünmüşəm. Ona görə ki, bu kaftar (rus dilində giyena, türkcə sırtlan) sürüsü şərəf, ləyaqət, namus, ailə nə olduğunu bilmədiklərindən daim o hisslərə toxunurlar. Normal insanlar isə bu şərəfsizliyi heç vaxt qəbul edə bilmirlər və etməyəcəklər. Çox təəssüf edirəm ki, bəziləri “Aslan İsmayılov şəxsi intriqalarını ictimailəşdirir”, “öz haqq hesablarını ictimailəşdirməklə həll etmək istəyir” və s. fikirlər yazırlar. Şəxsi intriqalar, ancaq şəxsi münasibətlərdən yarana bilər. Bu kaftar sürüsü ilə heç vaxt, heç bir şəxsi işim olmayıb, əksəriyyətini heç görməmişəm də və ola da bilməzdi, çünki biz tamam başqa-başqa əxlaq sahibləriyik. Dəqiq bildiyim odur ki, vaxtilə bu murdar dəstəni Ramiz Mehdiyev-Əli Həsənov üstümə qısqırtmışdı. Tapşırıq da o olmuşdu ki, mənim başımı böhtan, təhqir və məhkəmələrlə qatıb məndən problemli insan obrazı yaratsınlar, çərlətsinlər. Çox təəssüf edirəm ki, “beçinci kolon”un başında duranlar öz əlaltıları ilə qismən də olsa öz istəklərinə nail oldular”.

PİA.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılovun sözlərinə görə, bu dəstə birinci növbədə dövlətə və xalqa təhlükədir: “Ona görə ki, bunlar illərdir ki, cəmiyyətə əxlaqsızlıq, namussuzluq, şərəfsizlik aşılayırlar və bu günə qədər də heç biri cəzalanmayıb. Bunların 300-1000 manata şərəflərini satacaqları, istənilən yalanı, böhtanı tirajlayacaqlarını da hamı bilir və özləri kimiləri bunların xidmətindən daim istifadə edirlər. Ona görə də cəmiyyət olaraq saflaşmaq, təmizlənmək istəyiriksə, onların hamısı ifşa olunmalı və onlara elə bir şərait yaradılmalıdır ki, bunlar insan arasına çıxmaqlarına peşman olsunlar. Özümlə bağlı olan məhkəmə araşdırmalarının hamısının TV, KİV vasitəsi ilə işıqlandırılmasının tərəfdarıyam. Bu murdarlar və onları dəstəkləyən taylarından fərqli olaraq mənim cəmiyyət üçün gizlədiləsi heç nəyim yoxdur. İstənilən suallara da cavab verməyə hazıram. Məhz mən bir neçə müstəqil, peşəkar jurnalistə də təklif etmişdim ki, tanınmış şəxslərin hamısını TV-lərə dəvət edib onlar haqqında yayılan istənilən xəbərlərə cavab istəsinlər. Öz növbəmdə bu layihədə birinci olmağa həmişə hazıram. Bu gün hakimiyyətdə olanlar anlamalıdırlar ki, baş verən biabırçılıqları adlarına yazdığımız Ramiz Mehdiyev - Əli Həsənov vəzifədə yoxdurlar və baş verənlərə bu günkü səlahiyyət sahibləri cavabdehdirlər”. (Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar