Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzulidə düşmənin quraşdırdığı minalar və digər maneələr zərərsizləşdirilir

Müdafiə Nazirliyi bir qrup jurnalistin Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərinə media-turunu təşkil edib.

PİA.az-ın məlumatına görə, jurnalistlər Füzuli rayonunun bir sıra məntəqələrində Ermənistan Silahlı Qüvvələrinin yaratdığı istehkam qurğuları ilə tanış olublar.

Burada Azərbaycan Ordusunun mühəndis qoşunlarının istehkamçılarının yerinə yetirdikləri bəzi tapşırıqların praktik nümayişi olunub.

Jurnalistlər ərazidə düşmənin uzun illər boyu formalaşdırdığı maneələrlə tanış olub, mühəndis qoşunlarının hissə və bölmələrinin apardığı işləri izləyiblər.

Düşmənin keçilməz hesab etdiyi maneələrlə yaradılmış müdafiə xətti mühəndis-istehkamçı qoşunlar tərəfindən zərərsizləşdirilib. Düşmən geri çəkilərkən hərəkət marşrutlarında və yollarda quraşdırdığı mina partlayışlı maneələr və partlayışa hazırlanmış körpülər də mühəndis kəşfiyyatı nəticəsində zərərsizləşdirilib.

Ermənistan Silahlı Qüvvələrinin hissələri geri çəkilərkən partlatdığı körpülərin ətrafında alternativ yollar yaradılıb. Bu mümkün olmayan istiqamətlərdə isə tam körpüquranlar vasitəsi ilə körpülər qurulub. Beləliklə, qoşunların fasiləsiz hərəkəti təmin edilib.

Ümumiyyətlə, döyüş əməliyyatları aparılan bütün istiqamətlərdə mühəndis təminatı tapşırıqları uğurla icra edilib.(APA)

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar