Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunda Şəhid ailələrinin yaşadıqları binalar abadlaşdırılır

Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçıların ailələrinə daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirirlər.

Həyata keçirilən silsilə tədbirlər çərçivəsində rayon ərazisində yaşayan Şəhid ailələrinin yaşadıqları binaların əsaslı təmir edilərək yenidən qurulması, həyətlərinin abadlaşdırılması, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Hal-hazırda Şəhid Baş Leytenant Abdullayev İbrahim Habil oğlunun anasının yaşadığı Moskva prospekti 80 saylı, Şəhid Tarıverdiyev Nicat Şöhrət oğlunun valideynlərinin yaşadığı Asif Məhərrəmov küçəsi 35 saylı, Şəhid Mayor Cəfərov Ruslan Gündüz oğlunun ailəsinin yaşadığı H. Seyidzadə 28 saylı ünvanlarında RİH tərəfindən başlanılmış abadlıq, quruculuq ve yenidənqurma işləri davam etdirilir, binaların fasadlarında əsaslı təmir işləri aparılır, yağış sularını axıdan borular və navalçalar, blokların qapı və pəncərələri yenisi ilə əvəz olunur, giriş pilləkən meydançalarında təmir-bərpa işləri aparılır. Hazırlanmış tədbirlər planına uyğun olaraq binaların həyətlərində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgahlar, oturacaqlar, müxtəlif növ idman qurğuları və uşaqlar üçün oyun elementlərinin quraşdırılması nəzərdə tutulmuşdur. Binaların həyətlərində yeni yaşıllıq zolaqlarının salınması, mövcud yaşıllıqların bərpa edilməsi, yaşıllıqların suvarılması üçün yeni su xətlərinin çəkilməsi, yeni asvalt örtüyünün vurulması və bardürlərin quraşdırılması həyata keçiriləcəkdir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi ilə əlaqədar RİH başçısı və rayon İcra Hakimiyyətinin nümayəndələri qeyd olunan ünvanlarda olaraq Şəhid ailələri ilə görüşmüş, onların qaldırdıqları problemlərin operativ həlli ilə əlaqədar aidiyyatı şəxslərə müvafiq tapşırıqlar vermişdir. Başlanılmış abadlıq-quruculuq işləri davam etdirilir.

Həyata keçirilən abadlıq işləri ilə yanaşı hazırda Şəhid Tarıverdiyev Nicat Şöhrət oğlunun valideynlərinin yaşadığı A.Məhərrəmov küçəsi ev 35, mənzil 9-da, Şəhid Rzayev Hacırza Fikrət oğlunun valideynlərinin yaşadığı A.Mustafayev küçəsi ev 41, mənzil 28-də və Şəhid Solnsev Dimitriy Aleksandroviçin ailə üzvlərinin yaşadığı 20 Yanvar küçəsi ev 29, mənzil 7-də əsaslı təmir işləri aparılır.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar