Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Silsilə oğurluqlar edən şəxs ifşa olundu

Bakıda silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Abşeron rayonu Saray qəsəbəsi ərazisindəki iki evdən oğurluq faktı ilə bağlı daxil olan müraciət üzrə bir evdən 5 015 manat pul, 5 655 manat dəyərində qızıl-zinət əşyaları, digər evdən 3 500 manat pul, 7 000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhə bilinən şəxs müəyyən olunub.

Polis tərəfindən silsilə oğurluq əməllərində şübhəli bilinən Saray qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 221-ci (Xuliqanlıq) maddələri ilə məhkum olunan 29 yaşlı Taleh Qəmbərov tutularaq istintaqa təhvil verilib.

T.Qəmbərovun ətrafında aparılan əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə onun qəsəbədə digər yaşayış evlərindən külli miqdarda, müxtəlif məbləğlərdə pul və qızıl-zinət əşyalarını talaması sübuta yetirilib.

Şübhəli şəxsin barəsində Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar