Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrov: “Qarabağdakı vəziyyəti diqqətdən kənar qoymayacağıq”

“Uzun illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına ciddi əhəmiyyət verirdik. Bu baxımdan Fransa və ABŞ-ın da daxil olduğu ATƏT-in Minsk qrupunun üç həmsədri arasında məhz biz hamı tərəfindən razılaşdırılmış, münaqişəyə son qoyulmasına töhfə verəcək prinsiplər çərçivədə ən müxtəlif fikirlər ardıcıl olaraq təşviq edirdik. Bir neçə il əvvəl AzərbaycanErmənistan tərəfdən yüzlərlə, minlərlə insanın həyatını xilas etməyə kömək edəcək razılaşmalar əldə etmək şansımız var idi. Təəssüf ki, o zaman bu, alınmadı”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda vəziyyət fərqlidir, real proses gedir. “Prezident Putinin vasitəçilik səyləri, onun Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə apardığı çoxsaylı danışıqlar nəticəsində 9 Noyabr razılaşması imzalandı. Bu razılaşma bütün döyüş əməliyyatlarının tamamilə dayandırılması ilə yanaşı, əksəriyyəti RusiyaATƏT-in Minsk qrupunun digər həmsədrləri tərəfindən hazırlanan prinsiplərə uyğun olan həll yollarını nəzərdə tutur. Vəziyyət bu prinsiplərə uyğun formalaşdı, lakin çoxsaylı insan itkisi bahasına”, - S.Lavrov söyləyib.

“Dağlıq Qarabağdakı vəziyyəti diqqətdən kənar qoymaq niyyətində deyilik. Yanvarın 11-də Moskvada Putin, Əliyev və Paşinyanın iştirakı ilə keçirilən sammit də bunu bir daha təsdiqlədi. Görüşdə praktikada razılaşmanı reallaşdıracaq və bütün iqtisadi əlaqələrin, nəqliyyat kommunikasiyalarının və ümumilikdə regionda bütün iqtisadi və humanitar həyatı bərpa edəcək mexanizmin yaradılması barədə razılıq əldə edildi”, - Rusiya XİN başçısı vurğulayıb.

Rusiya, AzərbaycanErmənistanın sülh yolunda qarşılaşacaqları yeni çağırışların olub-olmayacağına dair sualı cavablandıran S.Lavrov qeyd edib ki, İran, Türkiyə və Gürcüstan da bölgənin dinc və firavan yaşamasında maraqlıdır: “Ümumilikdə üç Qafqaz respublikasının Rusiya, İran və Türkiyənin iştirakı ilə, yeni reallıqları – müharibənin olmamasını və bütün blokadaların aradan qaldırılması barədə razılığın əldə edildiyini nəzərə alaraq yeni münasibətlər qurması barədə təşəbbüslər səsləndirirlir”.

pia.az


Etiket: Lavrov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar