Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nə birinci, nə də ikinci bəyanatda status məsələsi yoxdur” - Ziyafət Əsəgərov

Azərbaycan qanunvericiliyinə görə, 10 noyabrdan sonra həbs edilmiş ermənilər təxribatçı və terrorçudur. Cinayət hüququnda hansı prinsiplər nəzərdə tutulubsa, ermənilərlə eyni cür davranılacaq. Ermənilərin razılaşma bəyanatından sonra həbs edilmiş əsgərləri hərbi əsir yox, təxribatçı və terrorçu sayılır.

PİA.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Komitə sədri, bəzi rus millət vəkillərinin qanunsuz olaraq Qarabağa səfərlərinə də münasibət bildirib:

“Bu qanunsuz səfərlərlə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat verib. Onlar azruolunmaz şəxslər siyahısına salınıb. Xankəndi Azərbaycanın tərkib hissəsidir. Qarabağın bütün ərazisi kimi orada Azərbaycanın suverenliyinə daxildir. Bu cür səfərlər təxribatdan başqa bir şey deyil. Onların Azərbaycanın icazəsi olmadan həmin ərazilərə getməsi heç bir hüquqa sığmır"

Deputat fikrincə, erməni hərbi siyasi rəhbərliyi öz xalqına boş ümid vermək istəyir:

“Guya onlar Qarabağı hələ də öz əraziləri hesab edir. Reallıqda isə həmin ərazilər beynəlxalq hüquqa görə Azərbaycanın suverenliyinə daxildir. Rusiya prezidenti, rus ictimaiyyəti, Fransa prezidenti dəfələrlə elan ediblər ki, Dağlıq Qarabağ beynəlxalq hüquqa görə Azərbaycanın tərkib hissəsidir”.

Millət vəkili qeyd edib ki, 10 noyabrda imzalanmış bəyanatda da Qarabağın statusu haqqında heç bir müddəa yoxdur:

“Cənab Prezident də vurğuladı ki, Qarabağda heç bir status olmayacaq. Ermənilər yenidən bu status söhbətlərini ortaya atmaqla aranı qatmaq, təxribatçı hərəkətlər etmək istəyirlər. Bir daha vurğulayıram ki, cənab Prezident bu məsələ ilə bağlı konkret fikrini bildirib. Hər kəs də buna inanmalıdır. Amma bəzən KİV-lərdə bundan sui-istifadə etmək istəyirlər. Bunların hamısı ermənilərin uydurmaları və təxribatıdır. 10 noyabrda və 11 yanvarda imzalanmış bəyanatlarda status məsələsi öz əskini tapmayıb. Nə birinci, nə də ikinci bəyanatda status söhbəti yoxdur. Sadəcə Ermənistan siyasi rəhbərliyi növbəti dəfə öz xalqını aldatmağa çalışır. Belə siyasətin isə axırı olmur. Nə qədər tez Azərbaycanla normal münasibət qura bilsələr, o zaman bəlkə Ermənistan üçün yaxşı olar. Əksinə Ermənistanın gələcəyindən söhbət gedə bilməz”. (Teleqraf)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar