Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Paşinyanın məqsədi budur ki, Şuşanı...” – Erməni nəşrindən şok iddia

Ermənistanda daxili siyasi proseslər dalana dirənib və ölkədə qeyri-müəyyən durumu genişləndirir. Müxalifət vaxt uzadır, hakimiyyət isə ictimaiyyəti yeni reallıqlarla uzlaşdırmağa çalışır”.

PİA.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”da dərc olunan məqalədə bildirilib.

Məqalədə Ermənistanın Baş naziri Nikol Paşinyanın Şuşa ilə bağlı fikirlərinə də diqqət çəkilib:

“Respublikanın Baş naziri Nikol Paşinyan 2019-cu il avqustun 5-də Xankəndidəki çıxışında “Qarabağ Ermənistandır və nöqtə” dedi. Bir il sonra - mayın 21-də isə Paşinyan başda olmaqla Ermənistanın yüksək vəzifəli şəxsləri əvvəlcə Araik Arutyunyanın Şuşada keçirilən andiçmə mərasimində iştirak etdi və bu şəhərin bütün ermənilər üçün xüsusi əhəmiyyətini vurğuladı. Altı ay keçməmiş Şuşa Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdi.

Vəziyyətdəki köklü dəyişiklikdən sonra Paşinyanın da ritorikası dəyişdi: hərbi əməliyyatlar bitdikdən dərhal sonra Ermənistan hökumətinin başçısı Şuşanı “boz və bədbəxt şəhər” adlandırdı. Üstəlik, ötən həftə parlamentdə Şuşanın ermənilərə məxsus olmadığını, Birinci Qarabağ müharibəsindən əvvəl bu şəhərin əhalisinin 90 faizinin azərbaycanlılar olduğunu söylədi. Halbuki baş nazir 2019-cu il mayın 9-da Şuşada rəqs etmişdi”.

Məqalədə Ermənistan rəhbərinin cəmiyyəti müharibədəki “itkilərə” hazırlaşdırdığı vurğulanıb:

Ermənistan hökuməti başçısının Şuşa haqda dilə gətirdiyi sözlərinin arxasında təkcə özünə bəraət qazandırmaq cəhdi yox, həm də cəmiyyəti itki ilə barışdırmağa yönəlmiş səylərini də görmək olar. O, sərhədlərin çəkilməsi məsələsində də eyni mövqedən çıxış edir”.

Məqalədə iddia edilib ki, artıq Dağlıq Qarabağ mövzusu Paşinyan üçün müzakirə mövzusu deyil: “Paşinyan özünü hələ də müxalifətin – keçmiş hakimiyyətin tənqidçisi kimi aparır. Qarabağ mövzusu və təhlükəsizlik məsələləri ilə bağlı açıqlamalarını dinləyərkən, baş nazirin bu ehtiyatsızlığına heyrətlənməmək mümkün deyil”.

Yazıda Ermənistan müxalifətinin Paşinyana qarşı mübarizədə kifayət qədər passiv olduğu deyilib:

“Müxalifət yanvarın 11-də Paşinyanın liderlərlərlə (AzərbaycanRusiya) danışıqlar aparmaq üçün Moskvaya uçuşunun “qarşısını almağa” uğursuz cəhd göstərənə qədər bir az aktiv idi. Bəziləri baş naziri “persona non qrata” elan etdi, bəziləri isə bundan sonra Ermənistanın hava məkanının baş nazir üçün qapalı olduğunu dedi. Baş verənlər həqiqi siyasi mübarizədən daha çox vaxt uzatmağa oxşayır. Bu fəallıq bir neçə gün davam etdi və proses yenidən öldü”. (Teleqraf)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar