Şənbə, 27 Fevral 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

İsrail İrana zərbə endirməyə hazırlaşır -Bayden ABŞ-ı nüvə sazişinə qaytararsa...

Ari Eqozi

"Breaking Defense”, 25.01.2021

İsrail açıq şəkildə bildirib ki, ABŞ şiə rejiminə qarşı tətbiq olunan sanksiyaları yumşaltsa və yəhudi dövlətinin “müasir tarixin ən böyük aldatması” adlandırdığı nüvə sazişinə qayıtmağa razı olarsa, İrana hücum edəcək.

Bir mənbə deyib: "İsrail mümkün qədər tez Vaşinqtonun bomba yarışını dayandıracağını və ya bunun üçün hansısa bir addım atmağı planlaşdırdığını bilməlidir".

İsrail kəşfiyyatı İranın nüvə obyektlərini diqqətlə izləyir. Mənbə “Bəzi adamlar bir saatdan bir yeni sirlərdən agah olur”, - deyib.

İddialara görə, yanvarın 21-də İsrail Suriyadakı bir İran hədəfinə hücum edib və bu cür hücumların davam edəcəyi ehtimal olunur. İsrailli mənbə deyib: "Bu təzyiq İrandakı hədəflərə birbaşa hücum üçün hazırlıq olaraq davam edəcək və böyüyəcək".

Likud Partiyasının nazirləri bu həftənin əvvəlində ABŞ-ın yeni rəhbərliyinin İranı “sakitləşdirməli” olduğunu söyləyib, habelə Tehrana yəhudi dövlətinin Suriyadakı hərbi mövcudluğuna dözməyəcəyini və nüvə bombası hazırlamaq planlarını qəbul etməyəcəyi xəbərdarlığı ediblər.

Birbaşa xəbərdarlıqlardan biri Bibi Netanyahunun yaxın çevrəsindən olan Likud naziri Tzaxi Haneqbidən gəlib. O, ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin ABŞ-ı nüvə sazişinə yenidən qaytaracağı bəyanatını xatırladaraq, İsrailin İranın nüvə obyektlərinə hücum edə biləcəyini söyləyib.

“Birləşmiş Ştatlar hökuməti nüvə sazişinə yenidən qoşulsa - və indiyə kimi, bu, bəyan edilmiş siyasət görünür - praktiki nəticədə, İsrail İrana qarşı tək-tənha qalmalı olacaq. Müqavilənin sonunda İran nüvə silahları proqramına davam etmək üçün, ABŞ da daxil olmaqla, dünyadan yaşıl işıq alacaq”.

Haneqbi bunu “Israel Kan” xəbər kanalına verdiyi müsahibəsində deyib.

İran və Ərəb dünyası üzrə ən yaxşı İsrail mütəxəssisi Mordexay Kedar “Breaking D”-yə verdiyi açıqlamada bildirib ki, Vaşinqtonun İsrailin bütün istəklərinə məhəl qoymayacağına əmindir. "Yeni rəhbərlik İranın əsl hədəflərini həqiqətən anlamadan onun dövlətlər ailəsinə qayıtması üçün hər şeyi edəcək".

Kedar bunun Səudiyyə Ərəbistanı və Körfəz ölkələrində böyük qorxulara səbəb olacağını da sözünə əlavə edib. Onun fikrincə, İsrail İranın nüvə proqramına qarşı açıq və gizli hərəkətlərdə tənha qalacaq.

Kedar İranın motivasiyasını belə izah edib: “O, Liviyada Müəmmər Qəddafinin nüvə proqramını dayandırdıqdan sonra nə baş verdiyini görüb, eyni zamanda, bombası olan Şimali Koreya ilə dünyanın necə yumşaq yanaşdığını da. Tehran üçün dərs çox aydındır”.

Son aylarda İran sanksiyaların sona çatmasını istədiyini və Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində götürdüyü öhdəliklərini pozaraq uranı 20%-lik səviyyəyə qədər zənginləşdirməyə başladığını bildirib. Eyni zamanda, İran hərəkətinin geri çevrilə biləcəyini və Birləşmiş Ştatlar anlaşmaya qayıdaraq sanksiyaları ləğv edərsə, öhdəliklərinin icrasına hazır olduğunu vurğulayıb.

Mütəxəssislər Tehrana edilən hər hansı bir güzəştin bu ölkənin bomba yarışını sürətləndirəcəyi məsələsində həmfikirdir. “Şimali Koreya nümunəsinə baxın. Eyni şey İranda da olacaq ”, - deyə mənbələr bildirib.

İsrailin Strateji Məsələlər Nazirliyinin keçmiş baş direktoru və IDF Hərbi Kəşfiyyatının araşdırma şöbəsinin rəhbəri Yossi Kupervasser bildirib ki, İranın bir neçə hədəfi var. Birincisi, kifayət qədər miqdarda zənginləşdirilmiş uranın nüvə partlayıcı qurğusu istehsalı üçün 90%-dən yüksək bir səviyyəyə çatması naminə müddətin qısaldılması. İran hazırda 4,5%-lik zənginləşdirilmiş materiala malikdir, daha da zənginləşdirilərsə, bu, ikidən çox nüvə partlayıcı qurğusu üçün yetərlidir. Bunu etmək qərarına gəldiyi andan etibarən İranın bir cihaz üçün tələb olunan uran miqdarını əldə etməsi vaxtı ("sıçrayış") təxminən 2 aydır, lakin 20%-ə qədər zənginləşdirmə yalnız fəaliyyət göstərən 1000 sentrifuqa ilə həyata keçirildiyi təqdirdə (bu günə qədər iranlıların Fordodakı dərin yeraltı obyektdə etdiyi kimi), proses daha uzun çəkəcək.

Qüds İctimaiyyətlə Əlaqələr Mərkəzi”inin dərc etdiyi məqalədə Kupervasser qeyd edib: "İranlılar bu yaxınlarda Nətənzdəki yeraltı obyektdə inkişaf etmiş santrifuqaların kaskadlarını (dəstlərini) quraşdırıb və orada 20% zənginləşdirmə aparılarsa, materialın yığılması üçün lazım olan vaxt qısaldılacaq".

“Uranı 20%-lik səviyyəyə qədər zənginləşdirmək İranın cəsarət ifadəsidir. Bu, Qasim Süleymaninin öldürülməsinin ildönümündə iranlıların amerikalılara qarşı şiddətli cavabına çevrilməyən Tehranın təhdidlərindən sonra dərhal ABŞ-ın sərt təpki riski olmayan hərəkətidir. İranın addımı ictimaiyyətin diqqətini rejimin xəbərdarlığından yayındırmağa kömək etmək məqsədi daşıyır və zəifliyini əks etdirir. O, ABŞ-ın xəbərdarlıqlarına məhəl qoyaraq onunla geniş qarşıdurmadan geri çəkilir”, - deyə Kupervasser yazıb.

Dördüncü və ən vacib hədəf prezident Baydenə ən yaxşı seçiminin JCPOA-ya mümkün qədər tez qayıtmaq olduğunu bildirmədir.

Bu hərəkətə ilk beynəlxalq təpki ləng olub. Hazırda İranın Cənubi Koreya tankerini qaçırmasına daha çox diqqət yetirilir. İran Seulun dondurulmuş İran fondlarını sərbəst buraxacağına ümid edir.

Kupervasser bildirib: “Hələlik İran onillik ərzində ona yalnız bir nüvə bombası deyil, həm də böyük nüvə silahı arsenalı yaradacaq Qərblə dişsiz nüvə sazişindən xoşbəxt olacaq. Həm də hərbi və iqtisadi cəhətdən əziyyət çəkmədən. İranın razılaşma istəyi onun üstünlüklərinə dəlalət edir”.

Bəs nə etməli?

İrana nüvə silahı istehsalı üçün kifayət qədər zənginləşdirilmiş uran əldə etmək istiqamətində hər hansı bir cəhdin “masadakı bütün variantlarla” sərt şəkildə qarşılanacağına dair açıq və birmənalı siqnallar göndərmək. Eyni zamanda, iqtisadi təzyiqlərlə İranı nüvə silahı yığma ehtimalının qarşısını alacaq yeni bir saziş. Hər yerdə və hər zaman tam nəzarət, Fordodakı zənginləşdirmə müəssisəsinin sökülməsi və ballistik raketlər müqaviləyə daxil edilməlidir.

İndi qalır Bayden rəhbərliyinin necə təpki göstərməsi...

Tərcümə: Strateq.az

pia.az 


Etiket: Zərbə
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İlham Əliyev Paşinyanla təmaslarından danışdı: “Biz təsadüfən 1 dəqiqə liftdə olduq...”  

Heydər Əsədov həbs edilir? - Mənimsədiyi yüz milyonlar büdcəyə qaytarılmalıdır...

“65 yaşında pensiya çıxan şəxslər 6 il pensiya alacaqlar” - Qubad İbadoğlu

İslahat dalğaları Kəmaləddin Heydərovun qapısına dayanır - FHN hissələrə ayrılacaq və ləğv ediləcək...

“Azərbaycan generallarından biri əlini belinə qoyub dedi: “indi bu bizim ərazidir!” - BBC

“Ermənistanda revanşistlər hakimiyyətə gələrsə, Laçın dəhlizində...” - Azərbaycan üçün arzuolunmaz ssenari

Azərbaycanda "Evdə qal" karantin rejimi geri qayıdır? - Açıqlama

Osmanlı xəyalları ilə uyudulan xalq: ABŞ Türkiyəni niyə mühasirəyə alır?..

İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi

Prezidentdən Fikrət Sadıxovla bağlı sərəncam  

Artur Rasi-zadə:"Xocalı soyqırımı törədiləndən bəri.."

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay