Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Süni intellekt sahəsində dünya lideri kimdir?

ABŞ-ın "Information Technology and Innovation Foundation" analitik mərkəzinin mütəxəssisləri süni intellekt mövzusunda tədqiqat aparıblar. Nəticələrə görə, ABŞ süni intellektin hazırlanması və istifadəsi sahələrində aparıcı ölkə olduğu halda Çin bu fərqi sürətlə azaldır, Avropa İttifaqı (Aİ) isə geri qalır.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatda əsas diqqət süni intellektin altı kateqoriyası üzrə 30 göstəriciyə yönəldilib: istedad, tədqiqat, işləmələr, tətbiq, məlumatlar və avadanlıq. ABŞ yüz ballıq şkala əsasında 44,2 bal toplayıb, Çin 32,3 balla ikinci, Avropa İttifaqı isə 23,5 balla üçüncü yeri tutub.

Məlum olub ki, ABŞ startaplara investisiyalar və tədqiqat və işləmələrin maliyyələşdirilməsi kimi əsas sahələrdə liderdir. Öz növbəsində Çin bir neçə sahədə uğur qazanıb və digər ölkələrlə müqayisədə məhsuldarlığa görə dünyanın 500 ən güclü superkompüteri sırasına daxil olan daha çox superkompüter sayına malikdir. Çində bu göstərici 214, ABŞ-da 113, Aİ-də 91 təşkil edir.

Ekspertlərin sözlərinə görə, Çinin süni intellekt imkanları Aİ və ABŞ-la müqayisədə bir neçə istiqamət üzrə yaxşılaşıb. Birincisi, Çin 2018-ci ildə süni intellekt üzrə 24 min 929 tədqiqat işi dərc edərək Avropa İttifaqını süni intellekt nəşrləri üzrə dünya lideri kimi üstələyib. Aİ-də bu göstərici 20 min 418, ABŞ-da 16 min 233 təşkil edir. İkincisi, süni intellekt sahəsində tədqiqatların keyfiyyəti ümumilikdə ildən-ilə artır. Üçüncüsü, proqram təminatı və kompüter xidmətləri təqdim edən şirkətlər elmi tədqiqat və təcrübi-konstruktor işləri üçün xərcləri artırıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar