Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənilər Rusiyanın üzünə tüpürdü...” - Xocavənddə Njdeyə abidə qoyulması nədən xəbər verir?

“Cənubi Qafqazda daha bir müharibə qaçılmazdır”...

Ermənilərin Qarabağda sülh prosesini torpedalamaq yönündə cəhdləri davam edir. Müşahidə edilən həm də odur ki, Ermənistandakı və Qarabağdakı separatçı-daşnak ünsürlər və qüvvələri ənənəvi olaraq erməni lobbisinə yaxınlığı ilə tanınan demokrat-prezident Co Baydenin Ağ Evə gəlişi əməllicə ruhlandırıb. O sırada ABŞ-ın yeni dövlət katibi Toni Blinkenin Qarabağ mövzusunda ermənilərin xeyrinə verdiyi məlum bəyanat məxsusi diqqət çəkir.

Srağagün Blinken Senatda böyük səs çoxluğu ilə öz vəzifəsinə təsdiqlənib. Maraqlıdır ki, məhz həmin gün və ya ərəfədə ermənilər Qarabağda Azərbaycana və hətta Rusiyaya qarşı böyük təxribata imza atıblar. Söhbət Rusiya sülhməramlılarının nəzarətindəki Xocavəndin mərkəzində faşist əlaltısı Qaregin Njdeyə abidə qoyulmasından gedir.

Şübhə yox ki, ermənilər bu addımın BakıMoskvada güclü qıcıq doğuracağını və abidənin de-montajı yönündə sərt tədbirlər görüləcəyini hesablamamış deyillər. Görünür, bundan istifadə edib ABŞ administrasiyasının nəzər-diqqətini regiona daha tez yönəltməyə, Amerika hökumətini RusiyaAzərbaycana qarşı kökləməyə ümidlidirlər.

Yəni okeanın o tayında belə təəssürat yaratmaq istəyirlər ki, Rusiya sülhməramlı ölkə qismində işə yaramır, “dinc və yazıq” ermənilərə qarşı “aqressiv” siyasətini davam etdirən Azərbaycanı isə cəzalandırmaq zamanı çatıb və bu səbəbə ABŞ-ın bölgəyə məhz “əzabkeş xalq” tərəfdə müdaxiləsi qaçılmazdır. Ermənilər, erməni lobbisi bu yöndə necə vaxtdır dəridən-qabıqdan çıxır, ABŞ-a özlərinə xas həyasızlıqla az qala, yalvarırlar...

Təsadüfi deyil ki, rusiyalı hərbi-siyasi analitik, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bu hadisəni ilk növbədə “Rusiyanın üzünə tüpürmək” kimi qiymətləndirib. Sitat: “Hesab edirəm ki, bu, genişmiqyaslı bir təxribatdır. Təəssüf ki, sülh yolu ilə inteqrasiya eləmək və Azərbaycan tərkibində yaşamaq əvəzinə, bu təxribatın təşkilatçıları qeyri-konstruktiv mövqe tutmağa davam edirlər. Bu, Azərbaycana da, Rusiyaya da təhqirdir, Ermənistanın nüfuzu və imici üçün isə rüsvayçı bir ləkədir. Təəssüf ki, onlar hələ də bütün dünyada qınanan və birmənalı olaraq mühakimə olunan bu nasist qəhrəmanlıq simvollarından yapışıb qalıblar”.

Ermənilərin ABŞ-ı təzə “oyun”a qoşmağa yönəlik yeni məkrli gedişlərindən dolayı başqa maraqlı proqnoz və gözləntilər də var. Bu təxminlərlə rəsmi Bakı hesablaşa da bilər, hesablaşmaya da. İstənilən halda Azərbaycan dövləti onları nəzərə almalıdır və yəqin ki, alacaq da.

“Demokrat Baydenin dövründə ABŞ-ın Qafqaz bölgəsində təsirinin güclənəcəyini gözləmək olar. Eyni zamanda ”erməni kartı"nın oynanılması da istisna deyil". Bunu rusiyalı hərbi ekspert Aleksey Xlopotov Axar.az-a açıqlamasında deyib.

“İsrail, Türkiyə, Azərbaycan və Pakistanın Böyük Britaniya ilə ortaq maraqlarının birləşdirilməsi yeni ABŞ rəhbərliyi tərəfindən güclü birlik kimi qəbul oluna bilər. Belə vəziyyətdə həmin birliyi zəiflətmək üçün təbii istək yaranacaq. Azərbaycan ”mərkəzi halqa"dır və bu halqanı sıradan çıxararaq, bütün konfiqurasiyanı dağıtmaq hədəf götürülə bilər. Ona görə yaxın dövrdə ABŞ-ın Ermənistana hərbi və siyasi yardımı tamamilə realdır". Bunu da Xlopotiv söyləyib.

Bu və digər səbəblərdən ekspert Azərbaycanın işğal olunmuş əraziləri geri qaytarmaq üçün missiyasının başa çatdığını haqda ifadələrin doğru olmadığı düşünür: 

“Əslində problem tam həllini tapmayıb. Əlbəttə ki, Qarabağdakı erməni separatçılarını ”dişinə"dək yenidən silahlandırmaq işə yaramayacaq. Ancaq bu və ya digər şəkildə Ermənistan nəticə çıxarıb və sülhməramlı missiyanın səlahiyyət müddəti ərzində hərbi potensialını bərpa edəcək", - deyə o vurğulayıb.

Təhlilçi hesab edir ki, İrəvanda hakimiyyətə kim gəlir-gəlsin, o, 1990-cı illərdə işğal edilən ərazilərin 2020-ci ildə itirilməsini qəbul etməyəcək. “Beləliklə, artıq Cənubi Qafqazda daha bir müharibə proqramlaşdırılıb və bu, qaçılmazdır. Sözügedən müharibənin həqiqi başlanğıc tarixi müqavilənin 5 illik müddətindən sonra və ya daha erkən ola bilər” - ekspert bildirib və əlavə edib ki, gələcəkdə Rusiyanın təsiri azalmağa davam edəcək və ermənilər bundan mütləq istifadə edərək, Rusiyadan silah tələb edəcək.

“Bayden administrasiyası nüfuzlu erməni lobbisinin təzyiqi ilə Cənubi Qafqazda sabitliyi pozmağa cəhd göstərə bilər”.“Yeni Müsavat”ın məlumatına görə, bunu İqor Korotçenko deyib.

Onun fikrincə, ABŞ-ın yeni prezidentinin erməni lobbisi ilə sıx əlaqələrindən başqa, bu məsələdə regionda sülhün, iqtisadi yüksəlişin, ölkələrin qarşılıqlı fəaliyyətə başlamasının Vaşinqtonun milli maraqlarına cavab vermədiyini də nəzərə almaq lazımdır: “Ümumiyyətlə, ABŞ-ın postsovet məkanındakı siyasəti əvvəlki kimi qalacaq. Vaşinqton ən zəif bənd olan Ermənistan vasitəsilə regionun sabitliyini pozmağa çalışacaq. Ermənistanda anti-Rusiya, revanşist qüvvələrin dəstəklənməsi və 10 noyabr tarixində imzalanan üçtərəfli bəyannaməyə yenidən baxılması üçün hər şey ediləcək. ABŞ-a Qarabağda sülh və Rusiyanın hansısa sahədə liderliyi lazım deyil”.

Lakin Korotçenko Ağ Evin yeni rəhbərinin Azərbaycana qarşı siyasətində kifayət qədər təmkinli olacağını güman edir.

“Axı Azərbaycan Ermənistan deyil. Ona təzyiq göstərmək mümkün olmayacaq. Bu gün bölgədə yeni reallıqlar var. Azərbaycan Qarabağ müharibəsində qalib gəlib və ərazi bütövlüyünü bərpa edib. O, Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir. Həm Azərbaycan, həm ABŞ öz siyasətini həyata keçirəcək”, - politoloq vurğulayıb.

Sözsüz ki, qarşıdakı proseslərdə Türkiyə amilini də unutmaq olmaz. Yəqin ki, çox şey Vaşinqtonun NATO üzrə müttəfiqi Türkiyənin Güney Qafqazda güclənməsini nə dərəcədə “həzm etməsi”ndən asılı olacaq. Hər necə olmasa, Ankara ABŞ-a Moskvadan bir neçə “köynək” yaxındır və sonuncunun bölgədəki geosiyasi təsirini azalda biləcək yeganə güc sayılır. Azərbaycanın erməni revanşistlərə və yeni erməni “oyunu”na qarşı kövrək avantajlarından biri də bu ola bilər...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar