Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid atası sığorta pulunu oğlunun məzarına xərcləyib - İcra başçısından şikayət

Göyçayın icra başçısı nə şəhid ailələri ilə, nə də şəhidlərin məzarlarının götürülməsi ilə maraqlanmır. Bəs başçı nə işlə məşğuldur?..

Göyçay rayonu Çərəkə kənd sakini, şəhid atası Şirinov Bağır Eldar oğlu şikayət məktubu ilə PİA.az-a müraciət edib.

Bağır Şirinov bildirir ki, oğlu Eldar Şirinov Vətən müharibəsində 6 oktyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid olub. Qeyd edək ki, Fizulinin azadlığı uğrunda gedən döyüşlərdə polkovnik leytenant Orxan Əkbərov, Elnur adlı mayor, gizir Sübhan Abduraxmanov, Şakir adlı MAXE, gizir Hüseyn Qasımov və Eldar Şirinov mühasirədə ermənilərlə bir neçə saat döyüşdən sonra şəhid olublar. Onların qəhrəmanlığı nəticəsində 70-dən çox hərbiçimiz mühasirədən çıxıblar.

Eldar Şirinov ailənin tək oğlu olub.

Şəhid atası bildirir ki, oğlunun dəfn edildiyi Çərəkə kənd Şəhidlər Xiyabanı çox baxımsız bərbad gündə olub. Buna görə də oğlunun şəhidliyinə görə aldığı 11.000 manat sığorta pulunu Çərəkə kənd Şəhidlər Xiyabanının abadlaşdırılmasına sərf edib.Oraya işıq dirəyi qoyub böyük projektorlu işıq çəkdirib, 32 metr hündürlüyündə bayraq dirəyi quraşdırıb, şəhidlər üçün lövhə yerləşdirib. Kol-kos basmış parkı təmizlətdirib ağaclarını budayıb ətəyini rəngləmişəm. Hazırda isə şəhid atası xiyabanda şəhidlər bulağı inşa etmək istəyir.

Ancaq Göyçay rayon icra başçısı Mehdi Səlimzadə bir dəfə də olsun şəhid ailəsi ilə şəhidlər xiyabanı ilə maraqlanmayıb. Bağır Şirinov bildirir ki, icra hakimiyyətindən onlara heç bir yardım olunmayıb. Onların bu laqeydliyi isə şəhid atasına çox pis təsir edir.

Digər kəndlərdə də vəziyyətin eyni olduğunu qeyd edən şəhid atası icra hakimiyyətindən şəhid ailələrinə çatacaq pul yardımlarının mənimsənildiyini iddaia edir:

"Eşıtmişəm digər yerlərdə şəhidin məzarının düzəldilməsi üçün icra hakimiyyəti tərəfindən şəhid ailəsinə 1500 manat pul verilir. Ancaq Göyçayın icra başçısı şəhid ailələrinə 500 manat pul verib. Mən şəhid oğlumun təkcə məzarının düzəldilməsinə 1900 manat pul xərcləmişəm".

Bağır Şirinov qeyd edir ki, ona ən pis təsir edən isə icra başçısı Mehdi Səlimzadənin bu günə qədər bir dəfə də olsun şəhid ailəsinə baş çəkməməsi, şəhidlərin məzarını ziyarət etməməsidir:

"Biz şəhid ailəsi olaraq mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan xahiş edirik şəhid ailəsinə laqeydlik göstərən, şəhidlər xiyabanını baxımsız qoyan icra başçıs barədə tədbir görəsiniz və oğlumuz Eldarın qəhrəmancasına şəhid olmasını araşdırıb ona layiq olduğu adı verəsiniz".

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar