Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan vətəndaşları dövlətin koronovirus siyasətini necə qiymətləndirir? - Beynəlxalq sorğu

Azərbaycan vətəndaşları hökumətin COVID-19-a qarşı həyata keçirdiyi mübarizə tədbirlərindən razı olduğunu ifadə edib.

“RİA Novosti” agentliyi bu barədə nüfuzlu “Gallup İnternational”ın (Müstəqil Tədqiqat Agentliklərinin Beynəlxalq Assosiasiyası) apardığı araşdırmaya əsasən xəbər yayıb.

Noyabr-dekabr aylarında “Gallup İnternational” müxtəlif ölkələrdən olan insanların 2021-ci il üçün gözləntiləri barədə sorğu keçirib.

Layihə çərçivəsində 47 ölkədə 44 mindən çox insanın fikri öyrənilib. Xüsusilə, respondentlərdən koronavirusla mübarizədə hökumətin fəaliyyəti ilə bağlı fikirləri öyrənilib.

Ümumilikdə dünya əhalisinin 54 faizi vətəndaşı olduğu dövlətin koronavirus pandemiyası ilə uğurla mübarizə apardığına inanır, 42 faiz bu fikirləri bölüşmür.

“Hökumətin pandemiyaya qarşı apardığı mübarizə ilə Vyetnam (100 faiz), Koreya (89 faiz), Hindistan və Azərbaycan (hər biri 86 faiz) sakinləri razıdır”, -  “Gallup İnternational”ın tədqiqatda qeyd olunur.

Sorğuda hökumətin gördüyü tədbirlərdən ən çox narazı qalan Ukrayna (77 faiz), Bosniya və Herseqovina (75 faiz) və ABŞ (67 faiz) sakinləri olduğu məlum olub.

pia.az 


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar