Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MİDA-dan edilən şikayətlərin səbəbi bilindi- Rəsmi açıqlama

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihəsi olan Yasamal Yaşayış Kompleksindən mənzil alan bir neçə vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edib.

Vətəndaşlar müraciətlərində mənzil aldıqları binalarda təmir-tikinti işlərinin tam olaraq yekunlaşmadığından gileylənirlər.

Müraciətlərdə əsasən qeyd olunur ki, binalarda lift sistemi quraşdırılmayıb, dam örtüyü də hazır deyil. Mənzil alan vətəndaşlar qarşı tərəfin öhdəliklərini yerinə yetirmədiyini bildirirlər.

Bəzi müraciətlərdə isə vətəndaşlar yazırlar ki, adı çəkilən yaşayış kompleksində aldıqları mənzillərə daxil ola bilmirlər. Pul verib aldıqları mənzillər onlara təhvil verilmir.

Şikayətlər əsasən Yasamal Yaşayış Kompleksindəki 27, 28 və 29 nömrəli binalarla bağlıdır.

Məsələ ilə bağlı Musavat.com olaraq MİDA-ya sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, “KAT Holdinq” MMC ilə bağlanmış müqavilənin şərtlərinə görə, inşa olunacaq üç binadan biri Agentliyin sərəncamına verilməli, digər iki bina isə “KAT Holdinq” MMC-nin sərəncamında qalmalı idi.

Sorğuya cavabda göstərilir ki, “KAT Holdinq” MMC bu günə kimi öz payına düşən tikinti obyektlərini inşa edərək istismara hazır vəziyyətdə təhvil verməyib.

“Bununla bağlı müxtəlif vətəndaşlardan daxil olan şikayətlər nəzərə alınaraq tərəfimizdən Azərbaycan Respublikasının Baş Prokurorluğuna müvafiq müraciətlər ünvanlanıb, “KAT Holdinq” MMC-nin əməllərinin araşdırılması və qaldırılan məsələyə hüquqi qiymət verilməsi istiqamətində tədbirlərin görülməsi xahiş edilib. Hazırda Baş Prokurorluqda qeyd olunan məsələlərlə bağlı istintaq tədbirləri davam etdirilir”,- deyə Agentlikdən verilən açıqlamada qeyd edilir.

Əldə etdiyimiz məlumata görə, adı çəkilən holdinqin rəhbəri həbs edilib. Şikayətlər isə holdinqin təhvil verməli olduğu iki binadandır.

pia.az 


Etiket: MİDA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar