Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyada gərginlik artır - Bayden kürdlərə dəstəyi artırır, bəs Türkiyə və Rusiya eyni cəhbədə ola biləcəklərmi?..

ABŞ-ın Suriyada aktivləşməsi fonunda Türkiyənin şimalda başladacağı əməliyyatları Rusiya dəstəkləyə bilərmi?..

Politoloq: “Suriyada ABŞ-ın YPG, PYD terror təşkilatlarına kömək etməsi, onlara arxa durması Türkiyəni müdafiəyə məcbur edir”.

“Belə getsə, Baydenin hakimiyyətdə olduğu dövr Rusiya-Türkiyə müttəfiqliyi üçün labüd olacaq. Bunun üçün əsas şəraiti ABŞ yaradır”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Suriyada başlaya biləcək yeni müharibəni PİA.az-a şərh edərkən qeyd edib.

Məlumdur ki, ABŞ Suriyada İŞİD-ə və Əsəd rejiminə qarşı kürdləri özünə əsas müttəfiq olaraq qəbul edib. İstər Obama, istərdə də Tramp dönəmində Suriya kürdləri Vaşinqtondan çeşidli silah-sursat almaqla yanaşı, hər zaman siyasi dəstək də alıb. Baydenin dönəmində isə ABŞ-ın Suriyada daha da aktivləşməsi və kürdlərə daha çox dəstək verməsi gözlənilir.

Baydenin Pentaqonun yeni rəhbərini seçməsində də bu faktorun rol aldığı hiss olunmaqdadır. Belə ki, ABŞ-ın yeni müdafiə naziri Lloyd Ostin Suriyada və Yaxın Şərqdə çox tanınan bir şəxsdir. O uzun müddət ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Qüvvətlər Komandanlığına (CENTCOM) rəhbərlik edib və YPG-nin silahla təminatında xüsusi rol almış biridir. Həmçinin Lloyd Ostin kürdlərə xüsusi simpatiyası ilə tanınır və bu günlərdə “Kobani’nin Qurtuluş Günü” münasibəti ilə kürdləri təbrik edən Pentaqon rəhbəri “Kürd Savaşçılar” dediyi YPG-li terroristlərə təriflər yağdırıb.

Suriyadan gələn xəbərlərdə isə bildirilir ki, Bayden Suriyada İrana, Rusiyaya və Türkiyəyə qarşı yeni cəbhə açır. Hazırda Suriyanın şimalında kürdlərin yenidən fəallaşmağa başladığı görünür və bu Ankarada ciddi narahatlıq doğurub. Bir neçə gün əvvəl ABŞ-ın Suriya siyasətini kəskin tənqid edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə bu yaxınlarda Suriyanın şimalında yenidən əməliyyata başlayacaqlarını istisna etməyib.

Belə görünür ki, Suriyada müharibənin yenidən alovlanması zaman məsələsidir və Trampdan fərqli olaraq Bayden Suriyada Rusiya, İran və Türkiyəyə qapdırılmış mövqeləri geri qaytarmaq üçün kəskin addımlar atacaq. Suriyanın şimalında kürdlərin yenidə güclənərək əsas strateji ərazilərə nəzarəti ələ keçirməsinə Türkiyənin dözməsi isə istisna olunurş Ankara bütün şərtlərdə öz sərhədlərini və maraqlarını qorumağa məcburdur və bu durumda Türkiyənin kürdlərlə deyil, ABŞ-la üz-üzə gəlməsi qaçınılmaz görünür.

Əsas maraq doğuran məsələlərdən biri isə Suriyada ABŞ-ın güclənməsinə qarşı heç də seyrçi qalmayacaq olan Rusiyanın Türkiyənin anons etdiyi əməliyyatlara qarşı necə davranacağıdır.

Suriya ətrafında baş verən prosesləri PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Türkiyə və Rusiya Ərdoğanın və Putinin hakimiyyətdə olduqları müddətdə müttəfiq olaraq qalacaqlar və bu iki liderin Suriyada ABŞ-a qarşı eyni cəbhədə olması qaçınılmaz görünür”.

İran, Rusiya və Türkiyənin Yaxın Şərqdə kürd dövləti yaradılmasına heç vaxt imkan verməyəcəklərini proqnoz edən politoloq PİA.az-a bildirib ki, ABŞ-ın Yaxın Şərqdə kürd dövləti yaratmaq istəməsi Türkiyə kimi dəyərli müttəfiqinin itirilməsi ilə nəticələnə bilər:

Suriyada ABŞ-ın YPG və PYD terror təşkilatlarına kömək etməsi, onlara arxa durması Türkiyəni müdafiəyə məcbur edir. Türkiyə özünü müdafiə edərkən də müttəfiqlərə ehtiyac duyur. Suriyada isə Türkiyənin ən güclü və etibarlı müttəfiq Rusiyadır. Belə getsə, Baydenin hakimiyyətdə olduğu dövr Rusiya-Türkiyə müttəfiqliyi üçün labüd olacaq. Bunun üçün əsas şəraiti ABŞ yaradır.

İŞİD-lə mübarizədə YPG-nin ABŞ-la müttəfiq olması yalandır.Yəni YPG və PYD ABŞ-ın müttəfiqidir, amma bu müttəfiqlik İŞİD-ə qarşı deyil. YPG ABŞ-ın və İsrailin Yaxın Şərqdəki böyük planlarının alətləridir. İŞİD-ın özünü belə ABŞ yaradıb və İsrail, Ərəb ölkələri, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı da İŞİD-ın sponsorları olublar. Bu sponsorluq bu gün belə davam etdirilir. İŞİD ona görə yaradıldı ki, Yaxın Şərqdə təhlükə formalaşdırsınlar. Bu “Ərəb Baharı” əməliyyatının bir parçası idi. Digər tərəfdən də bu təhlükəni aradan qaldıran güclü bir xalq olaraq kürdləri ortaya çəkir və Kürdüstanın yaradılmasına zəmin qurmaq istəyirdilər.

Beləliklə də Türkiyənin sərhədlərində, eləcə də İran, İraqSuriyada ərazisində kürd dövləti yaratmaq istəyirlər. Bu ABŞ-ın və İsrailin çoxdankı planıdır və bu plan uzun müddətdir ki, masanın üzərində durur. Bayden bu siyasəti davam etdirəcək, çünki bu plan ABŞ-ın Yaxın Şərqlə bağlı geostrateji planıdır. Bu zaman təbii ki, Türkiyə-ABŞ münasibləri də gərgin olaraq qalacaq. Hətta daha da pisləşəcək. Bu üzdən də Suriyada müharibə də hər an alovlana bilər.

Nəzakət Məmmədova: “Tramp hər nə qədər kürdləri müdafiə edən bəyanatlar versə də faktiki addımlar atmırdı. Bayden dönəmində isə ABŞ Suriyda əsas söz sahibi olmaq üçün hərəkətə keçəcək”.

Həmçinin də kürdlərin də Bayden hakimiyyətə gəlməsindən həmən sonra fəallaşması gözlənilən idi. Tramp hər nə qədər kürdləri müdafiə edən bəyanatlar versə də faktiki addımlar atmırdı. Bayden dönəmində isə ABŞ Suriyda əsas söz sahibi olmaq üçün hərəkətə keçəcək. Kürd problemi isə bu dönəmdə daha aktiv fazaya gətiriləcək. Ona görə də öz dövlətlərini qurmaq istəyən kürdlər bundan bir daha istifadə etməyə çalışacaqlar.

Mən düşünmürəm ki, böyük Kürdüstan ərazisi olacaq. Olsa belə bu dövlət yaşaya bilməyəcək. Çünki tarixdə heç vaxt kürdlərin dövləti olmayıb. Onların dövləti idarəetmə təcrübələri yoxdur. Onlar ancaq terror təşkilatları yarada bilirlər. ABŞ, İsrail, Səudiyyə Ərəbistanı istəyirlər ki, kürdlərə kömək etsinlər. Amma onların qarşılarında da elə-belə dövlətlər dayanmayıb. Onların qarşısında İran, Rusiya, Türkiyə dayanıb. Bu ölkələr hər zaman Avrasiyanın tarixinin formalaşmasında əsas rol oynayan ölkələrdir və bu dövlətlər heç vaxt imkan verməzlər ki, Yaxın Şərqdə kürd dövləti yaradılsın.

ABŞ-ın kürd dövləti yaratmaq istəməsi Türkiyə kimi dəyərli müttəfiqinin itirilməsi ilə nəticələnə bilər. Hesab edirəm ki, Türkiyə və Rusiya Ərdoğanın və Putinin hakimiyyətdə olduqları müddətdə müttəfiq olaraq qalacaqlar və bu iki liderin Suriyada ABŞ-a qarşı eyni cəbhədə olması qaçınılmaz görünür”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar