Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qəbələ"nin baş məşqçisi: "Hakimlərin bizə qarşı antipatiyası var"

"Oyun ağır keçdi. Rəqib yaxşı komandadır. Kollektivi oyuna kökləmişdik. Futbolda vurmayana vurarlar. Məncə, ədalətli nəticə olmadı. Çempionatda heç bir kollektivdən çəkinmirəm. Futbolçulara inanıram, sadəcə qol çatışmır. Qarşıdakı görüşlərdə bunu aradan qaldıracağıq".

"Report" xəbər verir ki, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın XVI turunda səfərdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, 16 tur ərzində penalti vurmayıblar: "Hakimlərin bizə qarşı antipatiyası var. "Neftçi"yə bəzi epizodlarda cərimə verdilər bizə isə yox. Bəlkə "Neftçi" rəsmiləri hakimə təzyiq edir. Bizə kömək lazım deyil. Hər zaman hakimlərin bizə qarşı səhvi olur. Səhvlər düzəlmir, ard-arda davam edir. Hakimlər də nəticə çıxarmalıdır. Biz oyunumuzla göstərəcəyik ki, "Qəbələ" yaşayır və yaşayacaq".

Baxşıyev meydandan qovulması haqqında bunları söyləyib: "Baş hakim mənə deyir ki, xətti tapdalamısan. Baxıram ki, 5-10 santimetr irəlidəyəm. Buna fikir verirlərsə, futboldan danışmaq olmaz. Bizə kömək lazım deyil. Rəqibi təbrik edirəm. Mənim komandam meydanda futbol adına hər şey etdi".

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar