Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sosial şəbəkələr bağlana bilərmi? – Rusiyada dörd ssenari

Rusiya paytaxtı Moskvada ingilis dilində nəşr olunan “The Moscow Times” qəzetində “Kreml Rusiyada Qərb sosial şəbəkələrini bağlamaq üçün dörd variantdan istifadə edə bilər” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi İlya Klişindir. İlya Klişin vaxtilə “Dojd” telekanalının saytının baş redaktoru, RTVİ telekanalının bölmə rəhbəri olub. Hazırda media konsultantı kimi çalışır. 2015-ci ildə Böyük Britaniyanın “The Guardian” qəzeti İlya Klişinin adını Moskvanın ən perspektivli 30 gəncinin siyahısında qeyd edib. Novator.az saytı İlya Klişinin “The Moscow Times” qəzetində dərc olunan məqaləsini ingiliscədən çevirərək qısa ixtisarla təqdim edir.

Rusiya illərdir “Facebook”, “Twitter” kimi sosial şəbəkə nəhənglərini bloklayacağı barədə hay-küy salır, boşuna təhdidlər edir. Bəs bu dəfə təhdidlər gerçək olsa, onda necə? Bu halda nə baş verə bilər?

“Rossiya seqodnya” beynəlxalq televiziya kanalının və “Sputnik” informasiya agentliyinin rəhbəri Marqarita Simonyan bu yaxınlarda Rusiya ərazisində xarici sosial şəbəkələrin qadağan olunmasına açıq şəkildə çağırış etdi.

Gülünc çağırışdır. Amma müşahidəçilər hesab edirlər ki, Marqarita Simonyan bu çağırışı ilə Rusiya hakimiyyətinin nə qədər xoflandığını da büruzə verib.

Hakimiyyətin müxalifət lideri Aleksey Navalnını qanunsuz şəkildə həbsxanaya atması və onun azadlığa buraxılmasını tələb edən iki ümummilli etiraz nümayişinə qarşı amansız davranması göstərir ki, Kreml bu ilin payızında keçiriləcək parlament seçkisinə qədər, bəlkə ondan sonra keçiriləcək prezident seçkisinə kimi də Rusiya cəmiyyətinə təzyiqləri artırmaq fikrindədir.

Cərəyan edən proseslər qətiyyən təzyiqlərin azalacağından xəbər vermir, buna heç bir işıq ucu görünmür. Rusiyanın dəyənəkli, qalxanlı xüsusi təyinatlıları irəliləməkdə davam edir, onsuz da məhdudlaşmış ifadə azadlığı hər addımda tapdanır. Hakimiyyət hüquqi prosedurları və ictimai rəyi vecinə almadan etirazçılara cinayət işləri açır.

Baş verənlər rusiyalıların böyük əksəriyyətini narahat edir. Adamlar düşünürlər: görəsən, olan-qalan müstəqil media qurumları və beynəlxalq sosial şəbəkələr bağlanacaqmı?

Rusiya hakimiyyəti xarici sosial şəbəkələri Çindəki kimi birbaşa bağlaya bilmir; bunu bir gecədə həyata keçirmək texnoloji baxımdan çox çətindir. Rus senzurası iki il cəhd göstərsə də, “Telegram” messencerini bloklaya bilmədi.

Ancaq hökumət sosial şəbəkələri gerçəkdən, siyasi mübaliğəni bir qırağa qoyub bağlamağı planlaşdırırsa, bunu dörd mümkün ssenari ilə həyata keçirə bilər.

Birinci ssenari. Ən sərt üsula əl atılır, bütün xarici sosial şəbəkələr – “Facebook”, “İnstagram”, “Twitter” və “YouTube” bloklanır, təkcə onların yerli (Rusiyadakı) rəqiblərinə işləmək imkanı verilir.

Bunu etmək texnoloji cəhətdən son dərəcə çətin olacaq, bundan ötrü Rusiyanı qlobal internet şəbəkəsindən demək olar tamamilə ayırmaq lazım gələcək. Üstəlik, bu yol Rusiya iqtisadiyyatına böyük zərbə vura bilər. Hakimiyyət bu variantı Qərblə şiddətli qarşıdurmaya getsə seçə bilər.

İkinci ssenari. Xəbərdarlıqlar edilir. Hakimiyyət qəzəbini bir sosial şəbəkəyə yönəldir, amma bununla digər şəbəkələrin də gözünün odunu alıb onları itaətə yönəltmiş olur.

Bu variantda əsas hədəf kimi, çox güman, “YouTube” seçiləcək. Rusiyanın kəşfiyyat agentlikləri xeyli müddətdir Navalnının korrupsiya faktlarını ifşa edən ictimai-siyasi məzmunlu videolarının senzurasız yayılmasında və etiraz mitinqlərinin təşkilində “YouTube”un rolunu izləyir.

Bununla belə, Rusiya hakimiyyəti hətta bu ssenaridə də daha çox xəbərdarlıq etmək üsulundan yararlana bilər, çünki “YouTube”un qarşısını almaq milyonlarla deyil, milyardlarla dollara başa gələsi bir işdir.

Üçüncü ssenari. Danışıqlar aparıla bilər. Böyük ehtimalla, rus senzorları bu varianta üstünlük verərlər. Onlar xarici platformaları “Rusiya qanunlarına riayət etməyə” inandıracaqlarına, tutalım, müxalifət videolarının və ya ictimai etiraza çağırışların həmin platformalardan silinməsinə nail olacaqlarına ümid bəsləyə bilərlər.

Belə olan halda xarici platformalar yəqin ki, “İtalyan tətili” üsulu ilə davranacaqlar: özlərini elə göstərəcəklər ki, guya Rusiya hakimiyyəti ilə razılaşıblar, amma on minlərlə videonu silmək üçün heç bir addım atmayacaqlar.

Dördüncü ssenari. Ən çox ehtimal olunan, ən ağlabatan variant budur. Hakimiyyət orqanları Rusiyanın mobil operatorlarına və internet provayderlərinə xarici sosial şəbəkələrin fəaliyyətini sabotaj etməyi tapşıracaq. Beləliklə, ya etirazçıların toplaşdığı günlərdə, ya da elə həmişə internetdə məhdudiyyətlər, problemlər ortaya çıxacaq. Məsələn, “YouTube”un açılması üçün onu dörd-beş dəfə klikləməli olacaqsız, yoxsa bəzi videolara heç cür baxa bilməyəcəksiz.

Həmin platformalarla rəqabət aparan rus saytları isə maneəsiz işləyəcək. Üstəlik, yerli saytlara pulsuz trafik verilə bilər ki, bunu da bəzi deputatlar bu yaxınlarda təklif ediblər və çox güman, həmin təklif qəbul olunub icraya yönəldiləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar