Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il ümumiyyətlə toy olmayacaq? – Şadlıq saraylarında son vəziyyət

COVİD-19 pandemiyası ilə bağlı 1 ilə yaxındır şadlıq saraylarının bağlı olması sahibkarlarla yanaşı toy etmək istəyənlərin, cütlüklərin də günbəgün narahatlığının artmasına səbəb olur.

Paytaxtın bir neçə şadlıq sarayları arasında sorğu keçirilib.

Əlaqə saxladığımız “Arena” şadlıq sarayının administratoru Əli bəy rezerv etmək istəyənlərin hələ də olduğunu bildirib:

“Şadlıq sarayımız bağlıdır. Toyla bağlı güclü müraciətlər yoxdur. Maraqlananlar da ancaq yay ayları üçün maraqlanırlar, əsas da aprel, iyun aylarına. Bir ara söhbət gedirdi ki, toyların keçirilməsinə icazə veriləcək, o ərəfədə müraciətlərin sayı artmışdı. Sözün açığı, indi elə deyil. Maraqlananlar isə ancaq aprel, iyun aylarını soruşurlar. Ümid edirlər ki, həmin vaxtı toyların keçirilməsinə icazə verilə bilər”.

“Xan sarayı” şadlıq evinin baş adminstratoru Vaqif bəy bildirib ki, rezerv etmək istəyənlər onları da çıxılmaz vəziyyətdə qoyurlar:

“Bizə nadir hallarda müraciətlər olur, uzağı 10 gündə bir dəfə kimsə maraqlana, ya yox. Amma rezerv etmək istəyənlər heç özləri də bilmirlər hansı ay üçün rezerv etsinlər. Bizdən soruşurlar ki, “nə vaxt icazə veriləcək?”, deyirəm “Vallah, Qərargaha gəlməmisiniz ki. Bura Qərargah deyil ki, mən sizə deyim nə vaxt olacaq”. Qərargah necə demədi ki, fevralın 1-i dərslər açılacaq, toyların keçirilməsi barədə də belə bir qərar versin ki, filan tarixdən şadlıq sarayları fəaliyyətini bərpa edir. Ondan sonra hamı xəbər tutacaq”.

Milli.Az-a danışan “Şahənşah” şadlıq evinin administratoru Zaur bəy isə deyib ki, 50 nəfər qonağa görə şadlıq evində toy etməzlər: “Müraciət edənlər, zəng edənlər var. Açığı mən heç indi işə də getmirəm. Arada gedib baş çəkib gəlirik. Faktiki olaraq işləmirik deyə, bu gün müştəriyə nəsə deyə bilmirsən. Maraqlananlar vəziyyəti soruşurlar. Biz də hamı kimi Operativ Qərargahın, TƏBİB-in qərarını gözləyirik ki, bizə bir xəbər versinlər nədir, nə deyil. Zəng edib rezerv etmək istəyənlər çoxdur. Əvvəlcə soruşurlar ki, “toylara icazə veriləcəkmi, vəziyyət necədi. Birdən qərar verilər, açılar. Sonradan biz də əl-ayağa düşüb axtarmayaq”. Mən də yalandan nə deyim?!. Açığı deyim, bizim keçən ildən qalan toylarımız var ki, mənim üçün əsas məsələ onlardır. Ən azından bir aylıq da toyların keçirilməsinə icazə veriləsi olsa, biz onları yerləşdirməliyik. Onların da işləri əllərində qalıb.

Söhbət gəzir, biri deyir martda icazə veriləcək, biri deyir apreldə, biri deyir Ramazan ayından sonrayadır. Hamı proqnoz verir, amma ortada konkret bir qərar yoxdur ki, biz də planlaşdırıb işimizi görək. Çıxılmaz vəziyyətdə qalırıq. Konkret bir qərar yoxdur, desinlər ki, bu il ümumiyyətlə toy olmayacaq, biz də işimizi bilək. 1 ilə yaxındır işləmirik, vallah heç soruşan da yoxdur ki, “qardaş, siz necə dolanırsınız?”. Müşştərilərim var idi ki, xaricə getməli idilər, tələsik zəng etdilər ki, “Zaur müəllim, biz daha toy edəsi olmadıq. Məcbur kiçik kampaniya etdik”. Amma eləsi də var ki, deyir “Bir övladım var, mən onun toyunu görmək istəyirəm”. Biri çıxır deyir 50 nəfərlə… 50 nəfərlə toy necə olar?! 500-600 nəfərlik zalda 200 nəfərlə toya icazə versinlər. Heç olmasa bir 100 nəfər qız evindən olanda, 100 nəfər də oğlan evindən olsun. Adicə özümüzdən götürək, mənə sual verirlər ki, “50 nəfərlə olacaq?”. Deyirəm, şəxsən mən toy edəsi olsam, elə evimin içi 50 nəfərdir. 50 nəfərə görə mən neynirəm gedim restorana o qədər xərc çəkim. Reallıq budur!”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar