Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səməd Seyidov:"Məqsədləri "damarımıza basmaq" və guya..."

Ermənistan Xankəndidə “ordu” yığmağa başlayıb. Bunu hətta rus mətbuatı da yazıb. Yəni Kreml də düşmənlərimizin “dəcəlliklərini” etiraf edir. Doğrudan da, özlərini lap nadinc uşaq kimi aparırlar. Görün, bu, artıq neçənci təxribatdır. Gah heykəl ucaltdılar, gah rus dilini “dövlət dili” elan etdilər, gah da “dirçəliş” günü keçirdilər. Bu da növbəti həngamə imiş…Onların özlərini nadinc uşaq kimi apardıqlarını nəzərə alsaq, deməli, “küncə qoyulmaq” vaxtları çoxdan çatıb. Yoxsa, belə siyasi oyunların ardı-arası kəsilməyəcək.

PİA.az xəbər verir ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bu barədə “Sherg.az”a danışarkən rəsmi İrəvanın məqsədini açıqladı:

“Belə təxribat xarakterli addımlar erməni və rus mətbuatında dərc olunur. Xüsusilə, ermənilərin təsiri altındakı rus KİV-i analoji xəbərləri tirajlayır. Əlbəttə, belə təşəbbüsləri revanşist qüvvələrin fəallaşması kimi qiymətləndirə bilərik. Onlar məğlubiyyətlə barışmaq istəmirlər. Məqsədləri “damarımıza basmaq” və guya mövcudluqlarını göstərməkdir. Lakin bilməlidirlər ki, qeyri-obyektiv, xüsusilə bizi qıcıqlandıracaq xəbərlər yaymaqla ancaq öz vəziyyətlərini daha da kritikləşdirirlər”.

S.Seyidov, həmçinin Ermənistan daxilindəki vəziyyətdən də danışdı:

“Etirazçılar hakimiyyəti dəyişdirmək istəyirlər. Əlbəttə, “Artsax” yoxdur. Sadəcə narazı qüvvələr virtual “Artsax” yaratmaqla öz siyasi məqsədlərinə çatmağı arzulayırlar. İkinci bir tərəfdən isə beynəlxalq aləmdəki olan-qalan mövqelərini itirməmək barədə düşünürlər.

Və həm də “Bəlkə, qaytardılar” fəlsəfinə söykənirlər.

Bizə nəsə edə bilməyəcəklərini özləri də yaxşı bilirlər. Lakin bununla daxildə hansısa siyasi məqsədlərə çatmaq mümkündür”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar