Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nüvə sazişinə qayıdış üçün dar pəncərə: İran amerikalıların "konfet kağızı"na aldanmayacağına eyham vurur

Katrina Manson, Nəcmə Bozorgmehr, Maykl Pil

“Financial Times”, 22.02.2021

Son anda İran və MAGATE arasında qəfil yoxlamalara dair sövdələşmə dünya gücləri və Tehran arasında tarixi nüvə sazişinin bərpasına dar bir pəncərə açıb. İslam Respublikası fevralın 23-dan etibarən öz nüvə obyektlərində təcili monitorinqləri dayandırmağı planlaşdırmışdı, lakin ötən Bazar günü, fevralın 21-də gec elan edilən razılaşma gərginliyi azaldaraq bəzi yoxlama və izləmələrə imkan yaradır. Beynəlxalq Atom Enerjisi Agentliyinin girişi əvvəlkindən daha məhdud olsa da, BMT qurumu 3 aylıq uzlaşmanı “yaxşı nəticə” kimi qarşılayıb.

Bu razılaşma həm də prezident Donald Tramp administrasiyasının 2018-ci ildə tərk etdiyi nüvə müqaviləsinin bərpası ilə bağlı Vaşinqtonla Tehran arasında birbaşa danışıqlara yol açır.

ABŞ keçən həftə pakta yenidən daxil olmağı müzakirə etmək üçün İran və razılaşmanı imzalayan digər tərəflərlə bir masa arxasında oturmağa hazır olduğunu açıq şəkildə bildirib.

2019-cu ildən bəri sayca artan bir sıra pozuntulara yol verən İran hələ də təklifə “bəli” deməyib.

Diplomatlar və analitiklər bu cür danışıqların zəmanətdən uzaq olduğu, ABŞ-ın razılaşmaya mümkün qayıdışının ardıcıllığı və yenilənmiş paktın İrandan tələb edəcəyi şeylər barədə böyük mübahisələrin qaldığı barədə xəbərdarlıq edirlər.

Vaşinqton, Tehran və bəzi digər Yaxın Şərq paytaxtlarında sərt mövqedə olanların təzyiqi və İrandakı seçkilərin yaxınlaşması mənzərəni daha da mürəkkəbləşdirir.

Avropa Xarici Əlaqələr Şurasının İran üzrə mütəxəssisi Elli Geranmaye bildirib: “Bununla belə, MAGATE ilə Tehran arasında fevralın 21-i gecəsi əldə edilən sövdələşmə danışıqlar üçün dəyər yaradan “böyük bir diplomatik qələbə” olaraq ortaya çıxıb. ABŞ-ın nüvə razılaşmasına yenidən qoşulması və İranın addımlarını geri çevirməsi, bir növ, həqiqi bir yol tapması üçün önümüzdəki həftələrdə və aylarda siyasi məkanı qorumalıyıq. Bu vacib bir açılışdır, lakin onu davamlı etmək üçün vaxt və çoxlu səy lazımdır”.

ABŞİranın keçən həftə etdiyi güzəştlər hər iki tərəfin 2015-ci ilin nüvə sazişinə yenidən qayıdış məsələsində mütləq mövqeləri yumşaltmağa hazır ola biləcəklərinə dair ilk əlamətləri təqdim edib və bu da İranın nüvə proqramı ilə bağlı bəzi sanksiyaların üstündən xətt çəkib. Ancaq hər iki tərəf digərinin əvvəlcə sazişə uyğunlaşmalı olduğunu söyləyib və Tehran ABŞ dövlət katibi Entoni Blinkenin Konqresdə vəd etdiyi 3 dəyişikliyi müzakirə etmək istəmir: müqaviləni gücləndirmək və uzatmaq, İranın raket proqramını məhdudlaşdırmaq və regional milislərə dəstəyini kəsmək.

Dövlət Departamentinin bir rəsmisi keçən həftənin sonunda sazişə yenidən giriş üçün tələb olunan addımların ardıcıllığının “əvvəlcədən təyin olunmadığını” söyləyib. Həmçinin, ABŞ-ın Çin və Rusiyanın – çoxtərəfli razılaşmanı imzalayan hər iki tərəfin və eyni zamanda, Fransa, Almaniya və İngiltərənin tələbinə – ABŞ-ın “əvvəlcədən bəzi addımlar atmalı” olduğuna açıq olduğunu da.

Müqavilənin icrasına nəzarət edən Aİ-nin rəhbərlik etdiyi Birgə Komissiyaya, nəzəri olaraq, qarşılıqlı addımların ardıcıllığı həvalə edilə bilər. Onsuz da Bayden komandası Trampın İrana qarşı “maksimum təzyiq” kampaniyasının bəzi elementlərini ləğv edib. Məsələn, Tehranın Nyu-Yorkdakı BMT diplomatları üçün bəzi səyahət məhdudiyyətlərinə son qoyulub. Bu, daha yumşaq bir tondur və nüvə sazişini dağıtmağı hədəfləyən Tramp administrasiyasını çəkindirməyə çalışmış avropalı güclər tərəfindən dəstəklənir.

Bir ABŞ rəsmisi “Financial Times”-a bildirib: “Diplomatiyaya qayıtmaq üçün düşünülmüş qərarlar qəbul edirik. Ümid edirik ki, İran mənfi istiqamətdə hərəkət etməyəcək”.

İran ABŞ-ın 2015-ci ilin müqaviləsinə qeyd-şərtsiz qayıtmalı olduğuna israr edir. Mötədil prezident Həsən Ruhani keçən həftə təkrarlayıb ki, İslam Respublikasının siyasəti bundan ibarətdir: “Amerikalılar bir addım atarsa, biz də bir addım atarıq, amerikalılar bütün addımları atsalar, biz də bütün addımları birlikdə atacağıq”.

Xarici işlər naziri Məhəmməd Cavad Zərifin Bazar günü dediyinə görə, İranın müzakirə etməyə hazır olduğu yeganə məsələ, – həm də ABŞ-ın bütün sanksiyaları ləğv etməsindən sonra – bu mövzudadır: “ABŞ-ın hərəkətlərinin təkrarlanmayacağına necə zəmanət verə biləcəyimiz”.

İran sanksiyalardan ağır zərbə alsa da, rejimin bir çox səlahiyyətlisi ölkənin sağ qaldığına diqqət çəkir. “Onların İrana təsir alətləri yoxdur. Bizi neftsiz iqtisadiyyata arxalanmağa məcbur etdilər”, – deyə Zərif sözlərinə əlavə edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü isə Bazar ertəsi günü kompromisin ABŞ ilə deyil, MAQATE ilə əldə olunduğunu bildirib.

Həsən Ruhani ilə sərt tənzimçi parlament qrupları arasındakı qarşıdurmanın əlaməti olaraq, sonuncusu məhkəmə sistemini MAGATE ilə müqaviləni ləğv etməyə çağırıb.

İyun ayında keçiriləcək seçkilər müqavilənin icrasını çətinləşdirə biləcək daha mühafizəkar bir hökuməti iqtidara gətirə bilər. Bir rejim insayderi ABŞ-ın ortaq danışıqlarda iştirak təklifini əhəmiyyətsiz adlandırıb.

“Bu, boş qaşıqdır”. Bunu deyən parlament üzvü Əmir Hüseyn Qəzizadə ABŞ-ın təkliflərini Tehrana uzadılmış “konfet kağızı” adlandırır.

Bayden komandası, Konqresdəki İsrail tərəfdarı demokratlar da (onların 23-ü ilkin sazişə qarşı çıxır) daxil olmaqla, müxalifətlə qarşılaşır. Anonim Dövlət Departamenti rəsmisi bildirib: “Bu, zəhmətli və çətin bir iş olacaq”.

Obama Ağ Evinə qarşı tənqidlərə tuş gəlməmək üçün Bayden komandası rəsmi danışıqlardan əvvəl tərəfdaşlarla da geniş məsləhətləşir, habelə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İsrail kimi İran düşmənlərinin də daxil ola biləcəyi regional tərəfdaşlara qapı açır.

Razılaşmanın genişləndirilməməsi gərginliyi artıra bilər. Oğul-Corc Buşun Ağ Evində Yaxın Şərq siyasətinə rəhbərlik etmiş Mayk Singh bildirib ki, Tramp dövrünün sanksiyalarından istifadə etmədən sadəcə müqaviləyə qayıdış “ciddi, daha güclü bir razılaşma” əldə etməyi çətinləşdirəcək. “Bəlkə də, sazişə qayıdış dalana dirənmədir”.

Obamanın silahlara nəzarət üzrə keçmiş yüksək səviyyəli səlahiyyətlisi Con Volfstal deyib ki, Bayden səlahiyyətliləri tələsmədiklərini açıq şəkildə söyləyiblər. “İranın yenidən sazişə əməl etməsi üçün hər şeyi yerinə qoymağa çalışırıq”. (Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar