Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baydenin ilk sınaq meydanı: Amerika “xəstə” Yaxın Şərq üçün necə bir “peyvənd” yaradacaq?

Yaxın Şərqin Baydenin ən ağır “xəstəsi” olduğu məlum məsələdir. Bu baxımdan, bölgəni keçmiş reseptlərlə xilas etmək mümkün olmayacaq. ABŞ Yaxın Şərq üçün daha effektiv bir “peyvənd” tapmalıdır...

Gassan Şerbil
“Şarkul Avsat” qəzeti, 22 fevral 2021-ci il

Co Baydenin dünyanı bürüyən və dəyişdirən fırtınaların hekayəsini təfərrüatlı şəkildə bildiyinə heç şübhə yoxdur. Yarım əsrdir ki, o, ABŞ-dakı və dünyadakı vəziyyət haqqında hesabatlar alır, dinləyir və müzakirə edir. Artıq 50 ilə yaxındır Bayden ölkəsinin və dünyanın hekayəsini ofisindən və ya Konqresdəki yerindən və Ağ Evdən izləyirdi. İndiisə “Oval kabinet”dən dünyanı yönəltməyə çalışır.

Bayden dünyada baş verənlərin köhnə “şahididir”. Bu gün qarşısındakı ən vacib sənədlər 1972-ci ildə həvəslə Senata seçildiyi zaman da gündəmdə idi. Təsadüfən, həmin il prezident Riçard Niksonun, Henri Kissincerin öz fövqəladə səyləri ilə Çin qitəsini dünyaya açmaq üçün addımlar atdığı bir il oldu. Həmin il kommunist imperator Mao Tsedunun ABŞ imperializminin liderini öz ölkəsində qarşılamasını bütün dünya heyrətlə izlədi. O dövrdə bu ABŞ-Çin masasının Leonid Brejnevin medalları və qalın qaşları altında yaşayan Sovet İttifaqının rolunu azaltmaq məqsədilə qurulduğu hər kəsə məlum idi. Həmin günlərdə diplomatlar ABŞ-ın Moskvanı beynəlxalq davranışlarını idarə etməyə məcbur etmək üçün “Çin kartı”dan istifadə etməsi tez-tez dilə gətirilirdi.

Bununla birlikdə, Baydenin həmkarı Niksonun ziyarət etdiyi Çinlə münasibətləri çox-çox fərqlidir. Kommunist Partiyasının baş katibi olsa da, Si Tsinpin Maonun qırmızı kitabını büküb və bir kənra qoyub. İndi Si Tsinpin Kommunist Partiyasının prinsiplərindən deyil, qlobal güc pribsiplərindən çıxış edir və Çin öz gücünü qoruyaraq dünyaya texnologiya ilə hücum edir. Çin lideri artıq hakimiyyətdə “yoldaşları” görmək istəmir, əksinə “Bir Kəmər Bir Yol” təşəbbüsünün “İpək Yolu”nu canlandırmağa çalışır və yaxın, uzaq ölkələri özünə cəlb etməsini istəyir. Bayden Si Tsinpinin Maodan daha təhlükəli olduğunu düşünür və o, haqlıdır.

Moskvada artıq Brejnev və ya Sovet İttifaqı yoxdur. Ancaq indi Kremldə oturan lider onlardan daha təhlükəli ola bilər. Səbəb də Stalinin ölmüş olması deyil, əksinə Qərbin zəif tərəflərindən xəbərdar olması və dünyada Amerika liderliyinin sarsılma prosesi yaşadığını və bu liderlik sarsılan kimi Avropa ilə ittifaq şəklində mübarizə apara bilməyəcəyini başa düşməsidir. Vladimir Putinin soyuqluğu bir çox Qərb liderini aldadır. Onlar Putinin başlıca məqsədinin Rusiya Federasiyasını Sovet İttifaqınin taleyindən xilas etmək olduğunu düşünməklə çox yanılırlar. O, özünü Qərbin dostu kimi təqdim edirdi və bu baxımdan, onun tezliklə Qərbin iqtisadi prinsiplərini qəbul edəcəyini düşündülər. Lakin çox keçmədi ki, hər kəs Putinin uzaq hədəflərinin olduğu ortaya çıxdı. ABŞ-ın hazırkı prezidenti Putinlə əməkdaşlıq düşünmür, çünki rus liderin Qərbdən intiqam almaq planlarının olduğunu başa düşür. Putinin qurbanları olan Ukrayna və digər ölkələr, Navalni və kiber hücumlar da bunun sübutudur.

Bayden Senata seçildikdə Fransa Şarl de Qollun təmsil etdiyi böyük güclər dövrünün sonuna çatmışdı. Növbəti onilliyin əvvəlində Qoll Yelisey sarayını tarixi rəqibi olan Fransua Mitterrana təhvil verərkən Fransanın gələcək prezidentlərini tükətməklə məşğul idi. Britaniyaya gəlincə, o da Marqaret Tetçerlə böyük dönüşünü gözləyərkən baş nazir institutu tükənirdi.

Münhen Təhlükəsizlik Konfransındakı çıxışında Bayden qeyd etdiyimiz sənədlərdəki qeyri-müəyyənlikləri həll etməyə çalışırdı. Avropalılara xitab etməyə və “ABŞ və trans-Atlantik ittifaq geri döndü” cümləsinin vurğulamağa çalışırdı. “Sərt Soyuq Müharibə bloklarına” dönməməyi vurğulamasına baxmayaraq, ABŞ-ın Atlantik ruhuna sadiq olduğunu da bildirirdi. Sirr deyil ki, bir çox avropalı tərəf gözlənilməz bir Rusiya təhdidi qarşısında keçmişdə Avropanı hərbi cəhətdən xilas etmək üçün dərhal hərəkətə keçən ABŞ ssenarisinin təkrarlanacağına inanmır. Donald Tramp avropalıların qitələrini qorumağa yönələn töhfələrini tənqid edərkən, əslində, avropalıların NATO-nun köhnəldiyini, terrorizmə və ya “məhdud təhlükələrə” qarşı əməliyyatlar üçün koordinasiya edilmiş bir nəzarət otağına çevrildiyini düşünmələrinə səbəb oldu.

Bayden Atlantik ittifaqının, ortaqlığın və məsləhətləşmələrin geri döndüyünü vurğulayıb. Pekini qlobal iqtisadi nizamın əsaslarını sarsıdan pozuntulara yol verməkdə günahlandıraraq “Çinə qarşı uzunmüddətli strateji rəqabət”ə hazırlaşmağın zəruriliyini vurğulayıb. Putini Avropa və Atlantik ailələri arasında ixtilaf yaratmaqda günahlandırıb.

Çin, RusiyaAvropa ilə olan münasibətlərə dair göstərilən sənədlərdə Baydenin çıxışının heç də təəccüblü olmadığını deyə bilərik. Çin məsələsi ABŞ administrasiyasının əsas probleminə çevrilmiş kimi görünsə də, görünür, Bayden ilk sınağını Yaxın Şərqdə, xüsusilə də İran məsələsində verəcək. Tramp bu məsələdə çox kəskin addımlar atdı. Nüvə razılaşmasından çıxdı və təzyiq siyasətini mənimsədi. İranın ballistik raket bazasını təkmilləşdirməsi və zərərsizləşdirmə siyasətinin bölgədə davamlı artması Barak Obamanın imzaladığı razılaşmanın görməzdən gəldiyi məsələləri də işıqlandırıb. Trampın atdığı digər vacib addım isə Iranın ən böyük generalı və İraq, Suriya, Livan və Yəmənə sızmaq layihəsinin arxasında duran general Qasım Süleymaninin ölüm əmrini verməsidir.

Həqiqət isə budur ki, Yaxın Şərq bölgəsi korona epidemiyası ilə yanaşı, həm də dünyanın ən çox yaralanan bölgəsidir. Bu regionda, keçmişi və gələcəyi qaranlıqda qalan cəmiyyətlərdə imperiyaların əzabları və inqilabların ağır nəticələri bir yerə toplanıb. Getdikcə artan yoxsulluq, yüksələn işsizlik, dərinləşən qorxular, uzaqdan idarə olunan kiçik ordular və muzdlu əsgərlər hesabına dövlət layihəsi geriləyərkən xəritələrin içində böyüyən nifrətlə, etnik və dini qırılmalarla doldurulmuş bir regiondan söhbət gedir. Buradan keçmişin qaranlığından xilas olan çox az ölkə var. Ölkələrin çoxunda hələ də daxili gərginliklər və regional fırtınalar yüksəlir.

Yaxın Şərqin Baydenin ən ağır “xəstəsi” olduğu məlum məsələdir. Bu baxımdan, bölgəni keçmiş reseptlərlə xilas etmək mümkün olmayacaq. ABŞ Yaxın Şərq üçün daha effektiv bir “peyvənd” tapmalıdır. Orduların və milislərin orjinal sərhədlərinə geri qayıtmasına, torpaqların öz sahiblərinə geri verilməsinə, beynəlxalq sərhədlərin və beynəlxalq hüququn bərpasına əsaslanan bir vaksinə ehtiyac var. Yaxın Şərqin bir işğal meşəsinə və raketlər, PUA-lar, muzdlu əsgərlər və qaranlıq qrupların yuvasına çevrilməsinə imkan vermək olmaz. Yaxın Şərq Baydenin “peyvəndi” üçün ciddi bir test sahəsidir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar