Rusiyada son sutka ərzində daha 12 956 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Rusiyada COVID-19-a yoluxanların sayı 4 189 153 nəfərə çatıb.
Son sutka ərzində 417 nəfər koronavirusdan ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 84 047 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.
pia.az